16.08.2019

Türkiyəyə getmək daha da asanlaşır

Karseladze bildirib ki, Gürcüstanda «Şərq-Qərb» avtomagistralı Qırmızı körpüdən başlayır və Sarpiyədək davam edir

Gürcüstan üzərindən Türkiyəyə getmək artıq asan olacaq.

Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin müavini və avtomobil yolları departamentinin sədri İrakli Karseladze bildirib ki, «Şərq-Qərb» avtomagistralının tikintisinin başa çatmasından sonra Azərbaycanla sərhəddə yerləşən Qırmızı körpüdən Türkiyə sərhədi yaxınlığında yerləşən Sarpiyədək səyahət vaxtı iki dəfə qısalacaq.

«Şərq-Qərb» avtomagistralı («E-60» Avrasiya tranzit yolu) Avropada ikinci ən uzun tranzit dəhlizi hesab olunur. Bu avtomagistral Fransanın Brest liman şəhərindən Qırğızıstanın İrkeştam sərhəd keçidində qədər uzanır.

Karseladze bildirib ki, Gürcüstanda «Şərq-Qərb» avtomagistralı Qırmızı körpüdən başlayır və Sarpiyədək davam edir. Onun sözlərinə görə, avtomagistralın uzunluğu 430 kilometr olacaq.

«Bunun 200 kilometri artıq tikilib. Hazırkı 460 kilometrlik məsafə (avtomagistralın tikilməsindən sonra — red.) 30 kilometr qısalacaq və əgər bu gün (Qırmızı körpüdən Sarpiyə çatmaq üçün – red.) 8 saat tələb olunursa, sonradan iki dəfə tez bir vaxta, 4-4,5 saata tamamilə təhlükəsiz yol nəqliyyatı şəraitində çatmaq mümkün olacaq», — o deyib.

Mənbə sputnik.az


Digər xəbərlər


"28 May"da yaşayanlar! Bu xəbər sizin üçündür

Bu gün 28 May qəsəbəsində istehlakçıların elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq Xırdalan ETSİ-nin (Enerji Təchizat...

Şadlıq evində tavan uçdu - Ölən var

Xaçmaz rayonunda şadlıq evində ölüm hadisəsi olub. Hadisə rayon ərazisindəki «Aygün» şadlıq sarayında baş verib. Xaçmaz şəhər sakini, 19...

Azərbaycanda silahlı insident: Avtomobilin qarşısını kəsib atəş açdı

Yanvarın 20-də 1995-ci il təvəllüdlü Ziyad Mirzəyevin odlu silahdan açılmış atəş nəticəsində xəsarət alaraq xəstəxanaya daxil olması barədə daxil olm...

Xəzərin suyu niyə azalır? - RƏSMİ AÇIQLAMA

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizində suyun səviyyəsinin azalmasının səbəblərini açıqlayıb. Nazirliyin Ekoloji siyasət şöbəsinin ...