03.08.2019

Uber bu dəfə dronla yemək paylayacaq — Möhtəşəm yenilik!

 Hazır yemək çatdırılması üzrə fəaliyyət göstərən servislərin xidmətlərinə tələbat çox olduğundan kuryerlər çox zaman sifarişləri vaxtı-vaxtında yerinə yetirə bilmirlər. Uber Eats şirkəti bu problemi pilotsuz dron vasitəsilə həll etməyi təklif edir. Şirkət artıq ilk robotlaşdırılmış kuryerin işini test edib. Bu barədə Prweb.com saytına istinadən 4pda saytı xəbər verib. VOXL adlı dron yeməklərdən ibarət olan yükü uğurlu şəkildə lazımi ünvanlara çatdırıb.

 Bu dron ModalAI şirkətinin iştirakı ilə yaradılıb. Bu şirkət hətta operatorun dron kamera görüntüsünü əldə edə bilmədiyi bir vaxtda da 4G şəbəkə dəstəyi ilə sifarişləri yerinə yetirməyi bacaran mobil platforma yaradıb. GPS siqnallar vasitəsilə fəaliyyət göstərən digər sistemlərdən fərqli olaraq VOXL adlı dron hətta şəbəkənin itdiyi bir vaxtda da öz fəaliyyətini reallaşdıra bilir.

 Test çərçivəsində bu platforma hava mühitini izləmək və Uber servislərindən istifadə edərək öz marşrutunu təyin etməkdən əlavə olaraq dronun yerləşdiyi yeri virtual xəritədə təyin edirdi. Beləliklə sözügedən platforma operatorun iştirakını minimuma endirir. ModalAI şirkətinin bu platformasının inteqrasiyası Uber Eats-in təşəbbüsü üçün ən optimal variantdır. Bu layihədə həmçinin Qualcomm şirkəti də iştirak edib. Belə ki, onun hazırladığı çiplər dronun işində əsas rolu oynayıblar.

Mənbə technote.az


Digər xəbərlər


Beynəlxalq Bankdan "oğurlanan" 1 milyarda yaxın pulun izi harada itirilib? - FAKTLAR

Tanınmış vəkil Adil İsmayılov «Beynəlxalq Bank işi» ilə bağlı növbəti sensasion yazısını yazıb.  Qaynarinfo həmin yazını təqdim edir: ...

Yeni "Samsung Galaxy Note 10" smartfonu artıq satışda

«Samsung Electronics» avqustun 23-də yeni flaqman smartfonu «Galaxy Note 10″u 70 ölkədə satmağa başlayıb. TASS-a istinadən xə...

Huawei ABŞ sanksiyalarına qarşı bu cür silahlanır - Mühəndislərdən ibarət xüsusi komandalar yaradır

ABŞ sanksiyalarının yenidən təxirə salınmasına baxmayaraq Huawei şirkətinn yaradıcısı Ren Zhengfei şirkət əməkdaşlarını yeni layh...

Azərbaycanda yeni fabrik tikilir - Foto

Xalça istehsalı kompleks istehsal sahəsidir. Bu sahənin inkişafını  Yunəyirici-Boyaq Fabriki olmadan təsəvvür etmək mümkün deyil. Xalça isteh...