15.08.2019

«Victoria’s Secret» Xankəndində dükan açmağı düşünür?

Bir çox dünyaca məşhur brend sosial şəbəkələri həm öz məhsul və xidmətlərini təbliğ etmək, həm də real potensial müştərilərinin fikir və təkliflərini öyrənmək üçün istifadə edir.

Bu brendlərdən biri də qadınlar üçün alt geyimi və kosmetik vasitələr istehsal edən Victoria’s Secretdir.

Bu günlərdə adı çəkilən brend Twitter sosial şəbəkəsində bu brendin rəsmi hesabında Anna Qriqoryan adlı Qarabağ ermənisi olan bir istifadəçinin «Arsaxda dükanınızı açın» tələbinə «sizin Arsaxda bizim dükanı görmək istədiyiniz barədə öz komandamıza məlumat verdik» cavabını verib.

Əslində «Victoria’s Secret»in Azərbaycanın işğal olunmuş ərazilərində dükan açmaq ehtimalı sıfıra bərabərdir, lakin ermənilər bu tip fənləri, «Artsax respublikasını» və onun varlığını təbliğ etmək üçün istifadə edir. Bu səbəbdən Twitter istifadəçisi olan soydaşlarımıza bu növ məsələlərdə daha aktiv olmalarını xahir edirik.


Digər xəbərlər


Bu gün Dünya İqtisadi Forumu başlayır

Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun 50-ci iclası işinə başlayır. Yanvarın 24-dək davam edəcək iclasın başlıca mövzusu maraq...

Yanacaq bahalaşdı

Gürcüstanda 2019-cu ildə avtomobil yanacağının qiyməti 8 tetridən 29 tetriyədək bahalanıb. 2019-cu ilin əvvəlində benzinin qiyməti markasından ası...

Türkiyə elektromobilləri Azərbaycanda satılacaq

Türkiyə TOGG markalı yerli avtomobilinin türkdilli ölkələrə ixracında maraqlıdır. Gülüstan.info Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiy...

Huawei işlədənlər! Şirkət sizə "surpriz" hazırlayıb

Bildiyiniz kimi Huawei ilə Google şirkətinin arası açılmışdı. ABŞ qadağaları səbəbilə Huawei telefonlarında artıq Google servisləri olmayacağı üçün ş...