03.08.2019

Yaponiya uçan motosikllərin satışına başlayır

Tokioda yerləşən “ALI Technologies Inc.” startap şirkəti uçan motosikllər üçün sifarişlərin qəbuluna başlayır.

Jiji Press agentliyinə istinadla xəbər verilir ki, pilotsuz kiçik aparatların yaradılması ilə məşğul olan bu startap şirkəti payızda keçiriləcək “Tokyo Motor Show” avtomobil sərgisində həmin məhsulunu nümayiş etdirməyi planlaşdırır.

Yeni texnologiyaların istifadə edildiyi həmin aparat əsasən, imkanlı əcnəbilər üçün nəzərdə tutulur. İlkin sifarişlər əsasında təqribən 100-dək motosiklin satışı nəzərdə tutulur. Təqribən yerdən 10 metr hündürlükdə uçan bu motosikllərin maksimal sürəti saatda 200 kilometrə çatır.

Mənbə azertag.az


Digər xəbərlər


Beynəlxalq Bankdan "oğurlanan" 1 milyarda yaxın pulun izi harada itirilib? - FAKTLAR

Tanınmış vəkil Adil İsmayılov «Beynəlxalq Bank işi» ilə bağlı növbəti sensasion yazısını yazıb.  Qaynarinfo həmin yazını təqdim edir: ...

Yeni "Samsung Galaxy Note 10" smartfonu artıq satışda

«Samsung Electronics» avqustun 23-də yeni flaqman smartfonu «Galaxy Note 10″u 70 ölkədə satmağa başlayıb. TASS-a istinadən xə...

Huawei ABŞ sanksiyalarına qarşı bu cür silahlanır - Mühəndislərdən ibarət xüsusi komandalar yaradır

ABŞ sanksiyalarının yenidən təxirə salınmasına baxmayaraq Huawei şirkətinn yaradıcısı Ren Zhengfei şirkət əməkdaşlarını yeni layh...

Azərbaycanda yeni fabrik tikilir - Foto

Xalça istehsalı kompleks istehsal sahəsidir. Bu sahənin inkişafını  Yunəyirici-Boyaq Fabriki olmadan təsəvvür etmək mümkün deyil. Xalça isteh...