22.08.2019

“Yatmış gözəl” baleti Eldar Əliyevin quruluşunda nümayiş olunacaq

Avqustun 23-24-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorye səhnəsində P.Çaykovskinin “Yatmış gözəl” baleti nümayiş etdiriləcək.

Teatrın saytına istinadla xəbər verilir ki, xoreoqrafiyası Marius Petipanın (1818-1910) olan balet Konstantin Sergeyevin (1910-1992) və Eldar Əliyevin redaktəsində təqdim olunacaq.

Baletin Primorye səhnəsində premyerası 2017-ci il mayın 26-da olub.

Bakıda anadan olan E.Əliyev Bakı Xoreoqrafiya Məktəbini bitirib, 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorye səhnəsinin baş baletmeysteri təyin olunub. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.

Mənbə azertag.az


Digər xəbərlər


Hacı Zeynəlabdin Tağıyev barədə - O qatil, yoxsa xeyriyyəçi idi?

Axar TV-nin “Faktlar və Aktlar” layihəsinin bugünkü qonağı tarix üzrə fəlsəfə doktoru, azərbaycanlı milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyev irsini...

Stansiyalarda əsl bayram əhvalı yaşanıb

18 Sentyabr – Milli Musiqi Gününün Bakı Metropolitenində xüsusi layihələrlə qeyd edilməsinin artıq 5-ci ili tamam olur. Sərnişin axınının gur oldu...

Üzeyir Hacıbəyli ilə bağlı bilməmiz vacib olan 10 FAKT

Bu gün görkəmli bəstəkar, publisist, ictimai xadim Üzeyir Hacıbəyovun (1885-1948) doğum günüdür. Üzeyir Hacıbəyov 1885-ci il sentyabrın 18-də Əbdülhü...

Mehriban Əliyeva Milli Musiqi Günü ilə BAĞLI

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstaqram hesabında musiqi günü ilə bağlı paylaşım edib. Əziz dostlar. Bu gün Milli Mu...