23.09.2019

Ərdoğan Gülənin ekstradisiyası ilə bağlı əmin danışdı

Türkiyə ABŞ-ın Pensilvaniya ştatında yaşayan FETÖ lideri Fəthullah Gülənin ekstradisiyası üçün axtarışlarını davam etdirəcək.

Virtualaz.org bildirir ki, bunu BMT Baş Assambleyası 74-cü sessiyasının açılışında iştirak etmək üçün Nyu-Yorkda olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk diasporu və Birləşmiş Ştatların İslam icmasının nümayəndələri ilə görüşdə deyib.

Ərdoğan «15 iyul 2016-cı il tarixində 251 vətəndaşın ölümünə görə məsuliyyət daşıyan FETÖ-nün maskasını çıxarmağa» söz verib.

Türkiyə liderinin sözlərinə görə, Gülənin silahdaşları müsəlmanlar arasında nifaq toxumu səpməyə və dövlətlərarası münasibətlərə xələl gətirməyə çalışırlar.

Ərdoğan, Fəthullah Güləni “şarlatan” adlandıraraq, rəhbərlik etdiyi təşkilatın bütün üzvlərinin və ortaqlarının gec-tez məhkəmə qarşısına çıxarılacağına inandığını bildirib: “Gülənin tərəfdaşları manqurtdur və biz onların oyunlarına uymayacağıq”.

Mənbə musavat.com


Digər xəbərlər


YAP-çı deputatlığa namizədlərin bir qrupu partiyadan çıxarılıb

Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) 200-dən çox üzvü fərdi qaydada deputatlı...

Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Gülüstan.info xəbər verir ki, dövlətimizi...

Prezident İlham Əliyev şəhər meri və şirkət başçısı ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb. Görüşdə “Qarabağ” y...

125 deputat yerinə neçə namizəd var? - MSK-dan rəsmi açıqlama

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib. ...