Bakı 26 ℃

USD 1.7
RUB 0.024
EUR 1.915
TRY 0.2483
Qızıl 3005.8295
Gümüş 30.477

06.09.2019

Azərbaycanda “Bohema” opera tamaşası nümayiş olunacaq

Sentyabrın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Cakomo Puççininin “Bohema” operasının tamaşası göstəriləcək.

Tamaşanı tanınmış italiyalı dirijor Lorenso Tassyeri idarə edəcək. 

L.Tassyeri vətəni İtaliyadan başqa dünyanın bir çox ölkələrində — Avropa, Latın Amerikası və Yaxın Şərq, habelə ABŞ, Yaponiya, Çin, Koreya və s. ölkələrin ən mötəbər teatr və konsert salonlarında çıxış edir.

Opera tamaşasında Mimi partiyasını teatrın aparıcı solisti — Əməkdar artist, «Humay» milli mükafatının laureatı Afaq Abbasova ifa edəcək.

Teatrın rəhbərliyi tanınmış və istedadlı opera ifaçıları — Özbəkistanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Ramiz Usmanovu və Belarusun Əməkdar artisti, vokalçıların beynəlxlaq müsabiqələrinin laureatı Vladimir Qromovu da tamaşada əsas partiyalardan olan Rudolf və Marselin partiyalarını ifa etmək üçün dəvət edib.

Tamaşada həmçinin Azərbaycan Respublikasının Əməkdar artistləri İnarə Babayeva (Müzetta), Tural Ağasıyev (Şonar), Əliəhməd İbrahimov (Parpinol),  Xalq artistləri Əli Əsgərov (Alsindor), Əkrəm Poladov (Kollen) çıxış edəcəklər. 

Mənbə apa.az


Digər xəbərlər


İranın sabiq Mədəniyyət naziri Nizami Gəncəvini İran şairi kimi təqdim edib

İranın keçmiş Mədəniyyət naziri Əhməd Məscid Camei Azərbaycanın dahi şairi Nizami Gəncəvini fars şairi kimi təqdim edib. Hazır...

Dieqo Maradona İspaniya yığmasına rəhbərlik edə bilər

Futbol əfsanəsi Dieqo Maradona İspaniya milli komandasının baş məşqçisi təyin oluna bilər. Gulustan.info xəbər verir ki, İspan...

İlham Əliyev rəssama mənzil hədiyyə etdi

Prezident İlham Əliyev Azərbaycan Dövlət Kukla Teatrının baş rəssamı İqbal Əliyevə mənzil bağışlayıb. Bu barədə rəssam şəxsi F...

Ağqoyunlulara məxsus Quran London hərracında naməlum ölkə tərəfindən satın alınıb

Azərbaycan tarixinin bir parçası olan Quran Londonun «Christie’s» salonunda keçirilən hərracda satılıb. Gulust...

Türkiyə İngiltərədən Sultan Mehmedin portretini satın alıb

İstanbulun Böyük Şəhir Bələdiyyəsi İngiltərənin «National Gallery» muzeyinin daimi sərgilənən sənət əsərləri arasında y...

Qızıl Qlobus mükafatları təxirə salındı - Koronavirusa görə

Qızıl Qlobus mükafatları 2021-ci ilin fevralına qədər təxirə salınıb. Gulustan.info xəbər verir ki, bu qərarı mükafatların təş...

Dağıdılan Alban məbədi və Mədəniyyət nazirliyinin susqunluğu

Zaqatala şəhərinin mərkəzində yerləşən IV-V əsrə aid Alban məbədi Mədəniyyət Nazirliyinin daha bir qurbanıdır. Ermənilər illərdir...

“Səs Uşaqlar” müsabiqəsində böyük dəyişiklik

İctimai Televiziya və Radio Yayımları Şirkəti dünyada prioritetə çevrilən pandemiya səbəbilə bir sıra layihələrinin formatına dəy...