Bakı 21 ℃

USD 1.7
RUB 0.0225
EUR 2.0173
TRY 0.2246
Qızıl 3320.746
Gümüş 45.6101

09.09.2019

Azərbaycan Əbu-Dabidə keçiriləcək OPEC+ Monitorinq Komitəsinin iclasında təmsil olunacaq

Azərbaycan sentyabrın 12-də Birləşmir Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçiriləcək OPEC+ Monitorinq Komitəsinin iclasında təmsil olunacaq.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib.

Onun sözlərinə görə, Monitorinq Komitəsinin iclasında Energetika nazirinin beynəlxalq məsələlər üzrə müşaviri Esmira Cəfərova iştirak edəcək.

Qeyd edək ki, sentyabrın 12-də Əbu-Dabidə keçiriləcək OPEC+ Monitorinq Komitəsinin iclasında ticarət müharibələrinin təsiri və 2020-ci il üçün proqnozu müzakirə ediləcək.

Xatırladaq ki, bu barədə jurnalistlərə OPEC-in Baş katibi Məhəmməd Barkindo bu gün Sinqapurda keçirilən Asiya-Sakit Okean Neft Konqresi zamanı bildirib.

O bildirib ki, iclasda Monitorinq Komitəsi avqust ayı üzrə məlumatları nəzərdən keçiriləcək: “Həmçinin bazardakı vəziyyəti, daha doğrusu, davam edən ticarət mübahisələrinin dünya iqtisadiyyatına necə təsir etdiyini qiymətləndirəcəyik. 2020-ci il üçün proqnozu nəzərdən keçirəcəyik. Bu, çox maraqlıdır. Dördüncü rübə yaxınlaşırıq, ona görə də 2020-ci illə bağlı proqnozlar daha aydın olur. Bazarın 2020-ci ildə necə olacağı ilə bağlı uzun-uzadı danışacağıq», — M.Barkindo deyib.

O, həmçinin nazirlərin Vyana sazişi üçün yeni hədəf orientrləri məsələsini nəzərdən keçirə biləcəyini qeyd edib. «Bu məsələ hələ gündəmdə deyil, ancaq bazardakı vəziyyəti dəyərləndirərkən bunu da müzakirə edə bilərik», — o söyləyib.

Qeyd edək ki, OPEC+in hasilatın azaldılması üzrə sazişi 2020-ci il mart ayının sonuna qədər qüvvədədir və neftin qiymətini sabitləşdirmək məqsədi daşıyır. Sazişə əsasən, iştirakçı ölkələr hasilatı 2018-ci ilin oktyabr ayının səviyyəsinə nisbətən gündəlik 1,2 milyon barel azaltmalıdır.

Mənbə report.az


Digər xəbərlər


“İşsizlikdən sığorta haqqında” qanuna dəyişikliklər təsdiq edildi- FƏRMAN

Prezident İlham Əliyev “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklikləri təsdiq edib. Dəyişikliyə əsasən, əmək müqaviləsinə xi...

Pensiya alanlara ŞAD XƏBƏR: Artım olacaq - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, pensiya təminatının inkişafına, sığorta-pensiya sisteminin təkmilləşdirilməsin...

"BakıKart"ın onlayn ödəmə sisteminə keçidin ləngiməsilə bağlı RƏSMİ açıqlama

Bakıda ictimai nəqliyyatda ödəniş kartlarının balansının onlayn artırılması ilə bağlı görülən tədbirlər ləngiyir. Belə ki, bu ili...

Pensiyaların verilməsi ilə bağlı Nazirlikdən YENİ XƏBƏR

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, pensiya təminatının inkişafına, sığorta-pensiya sisteminin təkmilləşdirilməsin...

Kişilər 65, qadınlar 62 yaşda pensiyaya çıxacaq

“Sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi h...

Neft bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin noyabr ...

Nümunəvi dönərxanalar təqdim olunacaq

Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə yaradılacaq 20 dönərxana nümunəvi dönərxana kimi tə...

Elon Musk və Bill Qeyts üz-üzə

Texnologiya dünyasının yaxşı tanıdığı iki ad Elon Musk və Bill Qeyts elektrikli nəqliyyat vasitələri ilə bağlı fikir ayrılıqları ...