Bakı 31 ℃

USD 1.7
RUB 0.0302
EUR 1.7744
TRY 0.101
Qızıl 3079.686
Gümüş 34.3069

10.09.2019

İran ən kəskin senzuralara görə dünyada 10-cu yerdədir

“Jurnalistlərin Müdafiəsi Komitəsi” yeni yayddığı hesabatda media qurumları və onların rəhbərlərinə qarşı ən kəskin senzuralar tətbiq edən 10 ölkənin siyahısını təqdim edib.

Afrika qitəsinin şərqində yerləşən Eritreya dövləti siyahının başında gəlir. Şimali Koreya və Türkmənistan isə müvafiq olaraq 2-ci, 3-cü yerləri bölüşdürürlər. Növbəti yerlərdə qərarlaşan ölkələr isə sıra ilə Səudiyyə Ərəbistanı, Çin, Vyetnam, İran, Ekvatorial Qvineya, Belarusiya və Kubadır.

Komitə bildirir ki, qeyd edilmiş dövlətlər ifadə azadlığı üzrə beynəlxalq qanunlar və standartları ayaqları altına alıblar, eləcə də jurnalistləri həbs etməklə qorxudaraq, onları hökumətin sözçüsünə çeviriblər. Həmin dövlətlərin bu qeyri-qanuni addımları nəticəsində bir çox müstəqil jurnalist öz ölkəsindən xaricə sığınmağa məcbur qalıb.

Hesabatda qeyd edilir ki, İran, Çin, Vyetnam və Səudiyyə Ərəbistanı kimi ölkələr müstəqil media orqanları və onların jurnalistlərini hökumətin yürütdüyü siyasətlər qarşısında susdurmaq üçün işgəncə vermək, təqib etmək və qanunsuz həbs etmək kimi klassik senzura metodlarından istifadə edirlər.

İran beynəlxalq təşkilatların son illər ərzində media və ifadə azadlığı, eləcə də senzura ilə bağlı hazırladıqları hesabatlarda həmişə ən pis göstəricilərə sahib ölkələrdən biri olub.

Məsələn, “Sərhədsiz Reportyorlar Təşkilatı”nın 2019-cu ildə hazırladığı son hesabata əsasən, İran 2018-ci ilə nisbətən 6 pillə geriləməklə, cari ildə dünya ölkələri arasında media və ifadə azadlığına görə 180-cı yerdə qərarlaşıb. Bu hesabatda İranın İslam Cumhuriyyətinin təsis edilməsindən sonra ötən 40 il ərzində jurnalistlər üçün ən repressiv rejim olduğu vurğulanırdı. Təşkilat qeyd edirdi ki, 1979-cu ildən 2009-cu ilə qədər olan dövrdə azı 760 jurnalist və vətəndaş jurnalist İran rejimi tərəfindən təqib olunub, repressiyaya məruz qalıb, həbs və hətta edam edilib.

İranın jurnalistlər üçün dünyada ən böyük 5 zindandan biri adlandırılmasından başqa, “Sərhədsiz Reportyorlar Təşkilatı” bu ölkənin media aktivistləri üçün ən böyük həbsxana olduğunu bildirib.

Mənbə gunaz.tv


Digər xəbərlər


Müdafiə Nazirliyinin Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi istifadəyə verilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 5-də Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlü...

Qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq - SİYAHI

“Kənddən Şəhərə” layihəsi çərçivəsində Bakı və Sumqayıt ərazisində Qurban bayramı ilə əlaqədar olaraq qurbanlıq qoyunların onlayn...

Bakı metrosunda qatarda tüstülənmə olub

 “İçərişəhər” —  “Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatar  “Gənclik” stansiyasında olarkən vaqonda sərnişinlərdən bi...

Qazaxın Qarapapaq–Çaylı avtomobil yolunun tikintisi üçün 6,9 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Qazax rayonunun Qarapapaq–Çaylı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayı...

Bakı Şəhər Dövlət Yol Polisi piyada və sürücülərə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi piyada və sürücülərə müraciət edib. İdarənin baş inspektoru polis mayoru Araz Əsgər...

Səhiyyə Nazirliyi Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib

Səhiyyə Nazirliyi Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov ...

UNESKO Ukraynaya missiya göndərəcək

Ukraynanın ehtiyaclarını və gözləntilərini müəyyənləşdirmək məqsədilə bu həftə Kiyevə texniki missiya göndəriləcək. Bu barədə ...

MN: "Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində atəş açması yalandır"

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dövlət sərhədi istiqamətində qarşı tərəfin atəşə tutulması ilə bağlı Ermənistanın ...