05.09.2019

AzTV istifadəçilərə yenilənmiş saytını təqdim etdi

Azərbaycan Televiziyasının (AzTV) yeni veb saytı (www.aztv.az) istifadəyə verilib. İnternet resursda televiziya və radionun tarixi barədə məlumatlar, həftəlik proqramlar, anonslar və sair yer alır.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi  bildirib ki, daha dinamik formaya malik olan saytın məzmun kontenti də zənginləşdirilib. Yeni resurs yalnız korporativ deyil, eyni zamanda informasiya saytı kimi fəaliyyət göstərəcək, oxucularını müxtəlif sahələrlə bağlı operativ olaraq məlumatlarla təmin edəcək.

Saytda televiziya və radioda efirə gedən verilişlərin, filmlərin anonsları da təqdim olunur. Yeni resurs verilişləri canlı izləməyə də imkan verir.

Qeyd edək ki, “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarının internet resursları da yenidən işlənilir, yaxın günlərdə bu saytlar da istifadəyə veriləcək.

Mənbə modern.az


Digər xəbərlər


Ölkə ərazisinə qanunsuz yollarla gətirilən aksiz markasız alkoqollu içkilər müsadirə edilib

Azərbaycan gömrükçüləri 300 min manat dəyərində aksiz markasız spirtli içki və tütün məmulatının realizə edilməsinin qarşısını alıblar. Dövlət Göm...

Çexiya Azərbaycanla iqtisadi əməkdaşlığı gücləndirmək istəyir

Bu gün Çexiyada istifadə edilən neftin 1/3 hissəsi Azərbaycan neftinin payına düşür. Bu barədə “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar Bakıda...

Mobil telefonlardakı təqvim hansı təhlükədən xəbər verir?

Məxfilik parametrləri dəyişərkən məlumatların axtarış sistemində üzə çıxa biləcəyi barədə telefonun ekranında xəbərdarlıq görünür, lakin bir çox isti...

Bakıda 11 küçədə təmir başlayacaq, hərəkət məhdudlaşdırılacaq

Dövlət başçısının tapşırıq və sərəncamları əsasında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Xətai rayonu ərazisində komplek...