13.09.2019

Mehriban Əliyeva Kürdəxanıda yeni yaradılan istirahət parkındakı vəziyyətlə tanış olub -YENİLƏNİB

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 13-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yeni yaradılan istirahət parkı ilə tanış olub.

 Dörd ay əvvəl paytaxtın Sabunçu rayonunun Kürdəxanı qəsəbəsinə gələn Birinci vitse-prezident burada görülməsi vacib olan sosial və infrastruktur işlərinin qısa vaxt ərzində həyata keçirilməsi ilə bağlı göstərişlərini vermişdi. Bunlardan biri qəsəbə sakinləri üçün salınan yeni istirahət parkıdır.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev parkda yaradılan şəraitlə tanış olan Birinci vitse-prezident Mehriban Əliyevaya görülən işlər barədə məlumat verdi. Yeni park Zeytunluq adlanan ərazidə yerləşir. Ərazisi 2,6 hektar olan bu istirahət məkanındakı zeytun ağacları 30-35 il əvvəl əkilib. Həmişəyaşıl, insan sağlamlığı üçün faydası hamıya bəlli olan bu qiymətli bitkilərə xüsusi qulluq göstərilib.

Onu da deyək ki, bu vaxta qədər Kürdəxanı qəsəbəsində park olmayıb, ərazi baxımsız vəziyyətdə idi. Bu gündən isə istirahət üçün lazımi şəraitlə təmin edilən yeni park sakinlərin istifadəsindədir. Ərazidə abadlıq işləri aparılıb, “Zeytun” kafesi inşa edilib.

Heç şübhəsiz ki, Kürdəxanı qəsəbəsində yaradılan yeni park sakinlərin sevimli istirahət guşələrindən birinə çevriləcək.

Mənbə azertag.az


Digər xəbərlər


Koronavirus təxminən 500 milyon dollar zərərə səbəb oldu

İndoneziyanın Dənizçilik və İnvestisiya İşləri naziri Luhut Pandjaitan, dünyada yayılan virus səbəbiylə ölkənin turizminin təxminən 500 milyon dollar...

Honkonqda koronavirusa görə vətəndaşlara maddi yardım veriləcək

Koronavirusla mübarizə aparan Honkonq hökuməti iqtisadi aktivliyi artırmaq və vətəndaşların maddi vəziyyətini yaxşılaşdırmaq üçün birdəfəlik maddi ya...

Hava iki gün narahatlıq yarada bilər

27 fevralda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumat...

İranda koronavirusdan ölənlərin sayı 50-a çatıb

İran Səhiyyə Nazirliyi koronavirusla əlaqədar yeni məlumat yayıb. İranın Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur ölkədə 50 nəfərin koronavir...