11.09.2019

ABŞ “Sepah”, “Hizbullah”, “Həmas” və “Əl-Qaidə”yə qarşı növbəti sanksiyalar tətbiq edib

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo və maliyyə naziri Stiven Mnuçin ötən gün keçirdikləri birgə mətbuat konfransında terror qruplaşmalarına qarşı yeni sanksiyalar qəbul olunduğunu elan ediblər.

Stiven Mnuçin bildirib ki, sanksiyalar “Sepah” terror təşkilatının “Qüds Briqadası”nın, “Həmas, Livan “Hizbullah”ı və “Əl-Qaidə”nin 15 rəhbərini əhatə edir. O, yeni embarqoların detallarından danışmasa da, Maliyyə Nazirliyi bir neçə saat sonra öz rəsmi veb saytında bəyanat yayaraq, qara siyahıya salınmış 21 nəfər və bir neçə təşkilatın adını açıqlayıb.

“Qüds Briqadası”nın Londondakı nümayəndəsi Məhəmməd Səid İzədi bu siyahıya salınan şəxslərdən biridir. Eləcə də, İranla “Həmas” arasında maliyyə koordinatorluğu vəzifəsini icra edən Zahir Cabbariyanın adı da yeni sanksiyalar qəbul edilmiş şəxslər arasındadır.

Pompeo sanksiyalara münasibətində bildirib ki, bu qərar nəticəsində terror qruplaşmalarının maliyyə əməliyyatlarının qarşısı alınacaq.

O, həmçinin Dövlət Departamentinin terror təşkilatları rəhbərlərindən 12 nəfərə qarşı sanksiya tətbiq etdiyini və onlardan 4 nəfərinin “Hizbullah”, “Həmas”, “DAİŞ” və “Əl-Qaidə”nin yüksək rütbəli üzvləri olduğunu əlavə edib.

Pompeo və Mnuçin mətbuat konfransının sonunda Con Boltonun öz tutduğu vəzifədən çıxarılmasının rəsmi Vaşinqtonun Tehrana qarşı yürütdüyü maksimum təzyiq siyasətinə heç bir təsir göstərməyəcəyini deyiblər.

Xatırladaq ki, ABŞ ötən həftə İran sanksiyalarını pozmaq üçün yaradılan böyük maliyyə şəbəkəsini də qara siyahıya daxil etmişdi.

Mənbə gunaz.tv


Digər xəbərlər


Ruhani ABŞ-a gedəcək

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani yüksək səviyyəli nümayəndə heyətilə ABŞ-a səfər edəcək. «Tasnim» agentliyi verdiyi xə...

ABŞ bu dəfə İranın Milli Bankına sanksiya tətbiq edib

ABŞ İranın Milli Bankına sanksiya tətbiq edib. Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.  ABŞ Prezide...

Yerevanda ara qarışdı - Həbsxanada iğtişaş

İrəvanın “Nubaraşen” təcridxanasında iğtişaş baş verib. Bu məlumatı “Joxovurd” qəzeti yayıb. Məlumata görə, iğtişaşa səbəb Ermənistanın Cinayət Mə...

ABŞ bu dəfə onları ölkədən qovdu - Siyasi qalmaqal

ABŞ BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak etmək üçün Nyu Yorka gələn Kuba nümayəndə heyətindən ölkəni tərk etməsini tələb edib. Bu ba...