23.09.2019

Adı çəkilən ünvanlardakı yeni binaların mənzilləri «kupça» ilə təmin ediləcək — TARİXLƏR

«Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanına uyğun olaraq istismara icazə verilən binaların sakinlərindən mənzillərini dövlət reyestrində qeydiyyata almaq üçün Əmlak Xidmətləri Məkanına (Bakı şəhəri, Xəlil Rza Ulutürk küçəsi 20) müraciət etmələri xahiş olunur. MTK tərəfindən verilən mənzillər üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün MTK-nın ümumi yığıncağının qərarı və maliyyə arayışı, MMC-dən alınan mənzillər üçün isə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi kimi sənədlər, o cümlədən şəxsiyyət vəsiqəsi tələb edilir».

Bu, Əmlak Məsələləri Dövlət Komitəsinin yaydığı məlumatda deyilir. 
Məlumatda qeyd edilir ki, 23-27 sentyabr tarixlərində müəyyən edilmiş qrafik əsasında «Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası ilə Binəqədi, Yasamal, Nizami və Səbail rayonlarındakı binalarda səyyar qeydiyyat xidmətləri göstəriləcək. Qeyd edək ki, bu həftə  istismarına icazə verilən 5 bina üzrə keçirilən kampaniya 972 mənzili əhatə edəcək.

Kampaniya Binəqədi rayonu üzrə sentyabrın 23-ü Mir Cəlal küçəsi 121A ünvanındakı 15 mərtəbəli 279 mənzilli, 24-ü tarixində isə Ə.Naxçıvani 3068 məhəllədəki 16 mərtəbəli, 465 mənzilli binada keçiriləcək. Mənzillərin səyyar qeydiyyatı xidmətlərindən 25 sentyabr tarixində Yasamal rayonu, Ə.Əhmədov 28p ünvanındakı 11 mərtəbəli, 110 mənzilli binanın, 26 sentyabrda Nizami rayonu, Elşən Süleymanov 2383 ünvanında 10 mərtəbəli, 98 mənzilli binanın, 27 sentyabrda isə Səbail rayonu, B.Sərdarov küçəsi, ev 16 ünvanında yerləşən binanın sakinləri yararlanacaq.

Vətəndaşlar «Əmlakın qeydiyyatı kalkulyatoru”ndan istifadə etməklə tələb olunan dövlət rüsumu və xidmət haqqının məbləğini onlayn qaydada öyrənə bilər. Mənzillərin dövlət qeydiyyatına alınması xidmətlərindən ünvanlarındaca istifadə etmək istəyən vətəndaşlar göstərilən tarixlərdə, saat 09:00-dan 17:00-dək ilkin sənədlər ilə birgə binanın həyətindəki səyyar ofisə yaxınlaşa bilər.

Mənbə ekonews.az


Digər xəbərlər


İlham Əliyev və Mehriban Əliyeva Türk Şurasının VII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları ilə birgə şam ediblər (FOTO)

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıd...

"Barış pınarı" antiterror əməliyyatı nəticəsində artıq 560 terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi «Barış pınarı» antiterror əməliyyatı nəticəsində məhv edilən PKK/PYD və Y...

Qaza aid sayğaclar yenilənir

“Azəriqaz” İstehsalat Birliyi ölkədə əhali abonentlərinin qaz xətləri üzərində quraşdırılan və istismar müddəti başa çatan qaz sayğaclarının əvəz edi...

Mollalar Türkiyəni arxadan vurdu

Suriyanın şimalında fəaliyyət göstərən kürd terror təşkilatlarının rəhbərlərindən biri İrana bağlı yaraqlıların hücumuna məruz qaldıqlarını bəyan edi...