10.09.2019

Alibaba Group’un yaradıcısı şirkətdən ayrıldı

Çinin məşhur Alibaba Group şirkətinin yaradıcısı Jack Ma şirkətin direktorlar şurasınn sədri vəzifəsindən ayrıldı. Bu barədə Bloomberg və Techcrunch saytları xəbər veriblər. Jack Ma şirkətdən ayrılma planını hələ 1 il bundan öncə elan etmişdi. Direktorlar şurasının sədri vəzifəsində Jack Ma-nı Daniel Zhang əvəz edəcək. O, 2017-ci ildən bəri şirkətin general direktoru vəzifəsində çalışır.

Bloomberg saytının sorğusunda iştirak etmiş mütəxəssislərin fikirlərinə əsasən çətin ki, Daniel Zhang Jack Ma-nın dəstəyi olmadan vacib qərarlar qəbul etsin. Jack Ma, Alibaba-dan ayrılma fikrini ilk dəfə keçən ilin sentyabr ayında elan etmişdi. O, şirkətdən 10 sentyabr tarixindəki 55-ci doğum günündə ayrılmağı qərara aldı. Məşhur sahibkar təhsil sahəsinə geri qayıtmağı və xeyriyyə layihələri ilə məşğul olmağı istəyir.

Bloomberg saytının hesablamalarına əsasən Jack Ma-nın maliyyə sərvəti 41.8 milyard dollar təşkil edir. Hal hazırda ona Alibaba səhmlərinin 5.3%-i məxsusdur. Onların ümumi dəyəri isə 24.6 milyard dollar təşkil edir. Jack Ma texniki təhsili olmayan keçmiş ingilis dili müəllimidir. O, Alibaba Group şirkətini 1999-cu ildə öz partnyorları ilə yaradıb.

Şirkət AliExpressTmallTaoBao kimi məşhur ticarət servislərinə sahibdir. Alibaba Group şirkətinin bazar dəyəri isə 460 milyard dollar təşkil edir.

Mənbə technote.az


Digər xəbərlər


Bu xidmət də ASAN Xidmət-ə verilir

İstilik şəbəkələrinə qoşulma və istilik enerjiindən istifadə üçün texniki şərtlərin verilməsi qaydaları ASAN Xidmət-ə verilir. Bunu Oxu.az-a ...

“App Store” 180 ədəd proqramı silir

“Apple” şirkəti “App Store” əlavələr dükanında elektron siqaret çəkməklə (veypinq) bağlı 180-dən artıq proqramı siləcək. “Apple İnsider”ə ist...

Aztəminatlı ailələr üçün meyvə bağları salınıb (FOTO)

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə noyabrın 14-...

Mark Zuckerberg TikTok-u niyə ala bilmədi?

Facebook şirkəti 2016-cı ildə bir neçə ay ərzində qısa musiqili videolar servisi olan Musical.ly-nialmaq üçün danışıqlar aparırdı. Lakin mü...