18.09.2019

Apple-dan 3 arxa kameralı iPad Pro planşet modeli — FOTO

İnternetdə iPhone 11 Pro-dakı kimi 3 arxa kamera moduluna sahib yeni iPad Pro modelinin fotosu ortaya çıxıb. Sonny Dickson adlı insayder sözügedən planşet modelinin istehsalat maketini əldə edib. Bu barədə Digger.ru saytı xəbər verib. Bununla yanaşı o qeyd edib ki, 2019-cu il iPad Pro modelinin texniki göstəriciləri iPhone 11 Pro-nun texniki göstəriciləri ilə eyni olacaq.

3 arxa kamera modulu vasitəsilə yeni iPad Pro saniyədə 60 kadr sürətlə 4K keyfiyyətində videolar çəkə biləcək. Hələ avqust ayının əvvəlində Macotakara saytı bildirmişdi ki, bu ilki iPad Pro modeli 3 arxa kamera modulunu əldə edəcək. Bir neçə müddət sonra isə digər kütləvi informasiya vasitələri bu məlumatı təsdiqlədilər. Gözləntilərə əsasən Apple şirkəti iPad Pro 2019 planşetini, 16 düym ekrana sahib MacBook Pro noutbuk modelini və digər məhsulları oktyabr ayının sonunda təqdim edəcək.

Mənbə technote.az


Digər xəbərlər


İlham Əliyev bank sektorundan narazılıq etdi - Hansı yeniliklər gözlənilir?

“Bank sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kred...

Samsung şirkətindən yeni inqilabi ekran gəlir

Smartfon ekranının ön panelin çox hissəsini əhatə etməsi yolunda istehsalçılar ön kameranın yerləşdirilməsi üzrə çoxlu sayda üsullardan istifadə edi...

Diqqət! Ünvanlı sosial yardımın alınması qaydaları dəyişir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunma...

Ölkədə banklara olan inam niyə aşağıdır?

Ölkəmizdə vətəndaş bank münasibətlərində təbii ki, müəyyən problemli məqamlar mövcuddur.Bu sahədə  cəmiyyətdə banklara ,xüsusilə də özəl banklara ola...