11.09.2019

Arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçirilir

28 sentyabr-18 oktyabr tarixlərdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) fermerlərin və arıçıların yarmarkada iştirakı ilə bağlı qaydaları açıqlayıb. Qaydalara görə, yarmarkada iştirakçı sayı hər bir rayondan maksimum 40 nəfər ola bilər.

İştirakçılar növbəli şəkildə seçiləcək. Arıçılar yarmarkada iştirak etmək üçün minimum 20 arı ailəsinə sahib olmalıdır. Arıçılar yarmarkaya maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı (çərçivə) çıxara bilər.

Mənbə oxu.az


Digər xəbərlər


Həsən Ruhaniyə qarşı tələbələr etiraz aksiyası keçirdi - Foto

Bu gün İran prezidenti Həsən Ruhani Tehran Universitetində çıxış edən zaman tələbə həmkarlar ittifaqının bir qrup üzvü universitet binası qarşısında ...

Sabah 5 rayonda qaz olmayacaq

Oktyabrın 17-də Qaz İxrac İdarəsinin Qazpaylayıcı Stansiyalarda aparacağı yenidənqurma işləri ilə bağlı saat 08:30-dan 19:00-dək Sabirabad, Saatlı, İ...

Prezident Göyçayla bağlı sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Göyçay rayonu ərazisində Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında sərənc...

Gəncənin küçə və prospektlərindəki yollar yenilənir

Gəncədə icra olunan su və kanalizasiya xətlərinin yenidən qurulması layihəsinə uyğun olaraq, şəhərin qazılmış küçə və prospektlərinə asfalt örtüyünün...