05.09.2019

Artıq aqrar kreditlər daha əlçatan olacaq — YENİ SİSTEM İSTİFADƏYƏ VERİLİR

Azərbaycanda aqrar kreditlərin qiymətləndirilməsi üçün yeni sistem istifadəyə verilir.

Sistem Aqrar Kredit və İnkişaf Agentliyi üçün AYİB və Aİ-nin dəstəyi, Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin iştirakı ilə hazırlanıb.

AzALES (Azərbaycan Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sistemi) adlanan yeni alət aqrar sahədə risklərin daha yaxşı qiymətləndirilməsinə və kredit müraciətlərinə daha sürətlə baxılmasına imkan verəcək. 


“Kredit təşkilatlarında, xüsusilə rayon filiallarında kreditlərin qiymətləndirilməsi üzrə kifayət qədər təcrübəli mütəxəssislərin olmaması səbəbindən bu qurumlar riski üzərinə götürmək istəmir. Buna görə də ya fermerlərin aqrar kredit müraciətləri rədd edilir, ya qiymətləndirmə prosesi uzun sürərək, fermerin işini yubadır, ya da kreditin məbləğindən qat-qat artıq dəyərə malik daşınmaz əmlak girov tələb olunur. Bu da kənd təsərrüfatı məhsulları istehsalçılarının uzunmüddətli, etibarlı və sərfəli maliyyəyə çıxışına maneə yaradır. AzALES banklara riskləri daha yaxşı qiymətləndirməyə və kredit müraciətlərinə sürətlə baxmağa imkan verəcək” – bunu Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.  

Sistem fermerlərin maliyyəyə çıxışını asanlaşdırdığı kimi, kredit təşkilatlarına da işçi və resurslara qənaət, riskləri doğru qiymətləndirmək və yüksək müştəri xidmətləri imkanı verəcək. 


Yeni sistem Aqrar Kredit və İnkişaf Agentliyinə müvəkkil kredit təşkilatlarının kredit müraciətçiləri ilə işləməsinə nəzarət mexanizmi də təqdim edir. 

“Biz fermerlərə kredit təşkilatlarının imtina səbəblərini izləmək imkanı qazanacağıq. Belə ki, AzALES Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən mərkəzləşdirilmiş qaydada idarə ediləcək və ölkənin bütün maliyyə sektoru üçün əlçatan olacaq” – Mirzə Əliyev deyib.


«İqtisadi diversifikasiya strategiyasının bir hissəsi olaraq, kənd təsərrüfatını modernləşdirmək üçün Azərbaycan hökumətinə resurslar lazım olduğu zaman AzALES-in əhəmiyyəti böyükdür» — Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri, müşavir-elçi Simona Qatti yeni sistemin vacibliyini belə şərh edib.

Mənbə marja.az


Digər xəbərlər


Sabahkı manatın məzənnəsi

Yanvarın 24-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 24.01.2020-ci il tarixindən etibarən rəsmi məz...

Tibb işçilərinin əməkhaqqıları artırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışa...

Bakıda ən bahalı mənzillər hansı ərazilərdə satılır?

“Hazırda mənzil bazarında durğunluq müşahidə edilir”. Bunu açıqlamasında daşınmaz əmlak üzrə ekspert, “Property» Qiymətləndirmə şirkətinin di...

Azərbaycanda korrupsiya azalıb - HESABAT

“Beynəlxalq Şəffaflıq” Təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatı 2019-cu il üçün Korrupsiya Qavrama İndeksini (2019 KQİ) təqdi...