10.09.2019

“ASAN Viza” alan əcnəbilərin sayı rekord həddə çatıb — 134 ölkədən 125 424 nəfər

2019-cu ilin avqust ayında Azərbaycana gəlmək üçün “ASAN Viza” alan əcnəbi vətəndaşların sayı rekord həddə çatıb.

Ötən ay ərzində Azərbaycana gəlmək üçün 134 fərqli ölkədən 125 424 əcnəbi vətəndaş “ASAN Viza” sistemi vasitəsilə viza müraciəti edib. Bu da avqust ayının “ASAN Viza”nınyarandığı tarixdən ən çox müraciət edilən ayı olması ilə yanaşı, həmçinin 2018-ci ilin analoji dövrü ilə müqayisədə 24% artım deməkdir.Azərbaycana avqust ayı ərzində e-viza üçün ən çox müraciət edənlər Birləşmiş Ərəb Əmirlikləri, Çin, Türkiyə, Hindistan, Pakistan, İran, İsrail,Səudiyyə Ərəbistanı, Küveyt vəTürkmənistan vətəndaşlarıdırlar.

“ASAN Viza” vasitəsi ilə avqust ayında ümumi vizaların 44 %-i məhz Azərbaycanın beynəlxalq hava limanlarında 15 ölkə vətəndaşı üçün müvafiq sistemlə əldə olunan vizaların payına düşür.Hava limanlarında 7 dildə fəaliyyət göstərən “ASAN Viza” özünəxidmət terminalları vasitəsi ilə, həmçinin əməkdaşların iştirakı ilə Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Bəhreyn və Yaponiya vətəndaşları 2 dəqiqə ərzində öz elektron vizalarını əldə edə bilirlər. Birləşmiş Ərəb Əmirliklərində 6 aydan çox etibarlılıq müddəti olan rezident vizasına malik olan şəxslərə də Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında viza rəsmiləşdirilir.

2019-cu ilin ilk 8 ayına nəzər saldıqda isə, “ASAN Viza” vasitəsi ilə verilən vizaların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 43% artıb.

Ümumilikdə “ASAN Viza” sistemi tətbiq olunduğu tarixdən bugünədək 184 fərqli ölkə vətəndaşına viza verilib. Bura Azərbaycana elektron viza almaq imkanına malik 94 ölkədən başqa, müxtəlif diplomatik və biznes istiqamətli viza verilən ölkələr də daxildir. Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2016-ci il tarixli 923 nömrəli Fərmanına əsasən yaradılan və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən reallaşdırılan “ASAN Viza” sistemi ölkədə turizmin inkişafına da öz töhfəsini verir. “ASAN Viza” sisteminin əsas məqsədi ölkəmizə gələn əcnəbi vətəndaşların viza əldə etmək prosedurlarının asanlaşdırılmasıdır.

Mənbə azvision.az


Digər xəbərlər


Elçin Şıxlı İTV-də fəaliyyət göstərəcək

Azərbaycan Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Elçin Şıxlı İTV-də fəaliyyətə başlayıb. O, “Pressinq” verilişinin aparıcısı vəzifəsin...

Güclü küləklə bağlı sürücü və sərnişinlərə XƏBƏRDARLIQ

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar sərnişinlərə xəbərdarlıq edib. Agentlikdən verilən məlumat...

Ağcabədidə bir yaşlı uşaq cəhalət və savadsızlığın necə qurbanı oldu?

Verilən məlumata görə, Kəhrizli kənd xəstəxanasında analiz, rentgen üçün heç bir şərait olmadığından, azyaşlı Quzanlıya göndərilib Ağcabədi rayonu...

“Baku Bus” avtobusu qəzaya uğradı - Video

Bakının Nəsimi rayonunda “Baku Bus” avtobusu qəzaya uğrayıb. Hadisə Nizami küçəsilə Kövkəb Səfərəliyeva küçəsinin kəsişməsində qeydə alınıb. Be...