09.09.2019

Azərbaycan Əbu-Dabidə keçiriləcək OPEC+ Monitorinq Komitəsinin iclasında təmsil olunacaq

Azərbaycan sentyabrın 12-də Birləşmir Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçiriləcək OPEC+ Monitorinq Komitəsinin iclasında təmsil olunacaq.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib.

Onun sözlərinə görə, Monitorinq Komitəsinin iclasında Energetika nazirinin beynəlxalq məsələlər üzrə müşaviri Esmira Cəfərova iştirak edəcək.

Qeyd edək ki, sentyabrın 12-də Əbu-Dabidə keçiriləcək OPEC+ Monitorinq Komitəsinin iclasında ticarət müharibələrinin təsiri və 2020-ci il üçün proqnozu müzakirə ediləcək.

Xatırladaq ki, bu barədə jurnalistlərə OPEC-in Baş katibi Məhəmməd Barkindo bu gün Sinqapurda keçirilən Asiya-Sakit Okean Neft Konqresi zamanı bildirib.

O bildirib ki, iclasda Monitorinq Komitəsi avqust ayı üzrə məlumatları nəzərdən keçiriləcək: “Həmçinin bazardakı vəziyyəti, daha doğrusu, davam edən ticarət mübahisələrinin dünya iqtisadiyyatına necə təsir etdiyini qiymətləndirəcəyik. 2020-ci il üçün proqnozu nəzərdən keçirəcəyik. Bu, çox maraqlıdır. Dördüncü rübə yaxınlaşırıq, ona görə də 2020-ci illə bağlı proqnozlar daha aydın olur. Bazarın 2020-ci ildə necə olacağı ilə bağlı uzun-uzadı danışacağıq», — M.Barkindo deyib.

O, həmçinin nazirlərin Vyana sazişi üçün yeni hədəf orientrləri məsələsini nəzərdən keçirə biləcəyini qeyd edib. «Bu məsələ hələ gündəmdə deyil, ancaq bazardakı vəziyyəti dəyərləndirərkən bunu da müzakirə edə bilərik», — o söyləyib.

Qeyd edək ki, OPEC+in hasilatın azaldılması üzrə sazişi 2020-ci il mart ayının sonuna qədər qüvvədədir və neftin qiymətini sabitləşdirmək məqsədi daşıyır. Sazişə əsasən, iştirakçı ölkələr hasilatı 2018-ci ilin oktyabr ayının səviyyəsinə nisbətən gündəlik 1,2 milyon barel azaltmalıdır.

Mənbə report.az


Digər xəbərlər


Azərbaycan və Çin kənd təsərrüfatı texnikası üzrə müəssisələr yaradacaq

Azərbaycan və Çin yaxın perspektivdə birgə müəssisələrin yaradılması imkanlarını nəzərdən keçirir. Bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib...

Azərbaycanlıların yaratdığı layihə Rusiya iş dünyasının marağına səbəb olub

Rusiyanın ən iri banklarından olan Sberbankın startaplar üçün keçirdiyi akseleratorun qalibləri içərisində həmyerlilərimizin yaratdığı son dərəcə mar...

Avstriyadan böyük qadağa! Avropa İttifaqı və Merkosur dövlətləri arasında ticarət sazişinə veto qoydu

Sentyabrın 19-da Avstriya Parlamentinin Aİ üzrə alt komissiyasında qəbul edilmiş qərar həm ölkə, həm də xarici mətbuatda böyük əks-sədaya səbəb olub....

Huawei şirkəti Google servislərinin yerinə nəyi tətbiq edəcək?

Baş tutmuş 2 saatlıq təqdimatdan sonra Huawei şirkəti vacib məlumatı səsləndirdi. Belə ki, yeni smartfonlar Google servislərini əldə etməyəcəklər. La...