10.09.2019

Azərbaycan 61 məktəbə yeni direktor təyin edildi

2018-ci ildə elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti yerləşdirmə mərhələsi və apellyasiya komissiyasının qərarına əsasən, şikayəti təmin olunan namizədlərin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, nəticələrə əsasən, 61 namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib.

Yeni direktorlar sentyabrın 13-dən öz vəzifələrinin icrasına başlayacaqlar.

Qeyd edək ki, «Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları»na uyğun olaraq, 2018-ci ilin noyabr ayında elan edilmiş müsabiqənin nəticəsinə əsasən, ümumilikdə 246 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin edilib.

Mənbə oxu.az


Digər xəbərlər


İŞİD-çıların arvadları düşərgələrdən çıxarılır

ABŞ hərbçiləri İŞİD terrorçularının arvadlarını Suriyanın Haseke vilayətindəki Əl-Hol qaçqın düşərgəsindən çıxarır. Bu barədə “İhbariyyə” telekana...

Bakıda qeyri-adı küçə adları hələ də qalır

“Bakıda qəribə küçə adları var. Bəzilərində Sovet adları qalmaqdadır. Həmin küçələrin adlarının dəyişdirilməsi ilə bağlı mütləq tədbir görüləcək”. ...

Bələdiyyə seçkiləri bu tarixdə keçiriləcək

Azərbaycanda bələdiyyə seçkilərinin tarixi müəyyən edilib. Bununla bağlı bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bildirilib. İclasa...

Çavuşoğludan "Twitter"də Azərbaycanla bağlı PAYLAŞIM

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan haqda öz «Twitter» səhifəsində paylaşım edib Türkiyənin Xarici İşlər naziri M...