06.09.2019

Azərbaycan Qazaxıstanda Ticarət Evi açmağa hazırlaşır

2019-cu ilin sonuna qədər Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Azərbaycanın Ticarət Evi açılacaq. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

“Nur-Sultan şəhərində Ticarət Evinin açılması işləri son mərhələdədir. Cari ilin sonunadək Ticarət Evinin açılışı planlaşdırılır”, — nazirlikdən qeyd ediblər.

2017-ci ildə İqtisadiyyat Nazirliyi «Made in Azerbaijan» brendi altında qeyri-neft məhsullarının ixracının artırılması məqsədilə Ticarət evlərinin yaradılması ideyasının təşviqinə başlayıb. Azərbaycanın ilk Ticarət Evi 2017-ci ildə Minsk şəhərində açılıb.

2018-ci ildə isə Kiyev, Riqa və Varşavada Ticarət evləri fəaliyyətə başlayıb.

2019-cu ildə BƏƏ-də Ticarət Evi açılıb.

Bu il İqtisadiyyat Nazirliyi xaricdə 10-dək Ticarət Evi və Şərab Evinin açılmasını nəzərdə tutur.

Mənbə marja.az


Digər xəbərlər


Sabahkı manatın məzənnəsi

Yanvarın 24-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 24.01.2020-ci il tarixindən etibarən rəsmi məz...

Tibb işçilərinin əməkhaqqıları artırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışa...

Bakıda ən bahalı mənzillər hansı ərazilərdə satılır?

“Hazırda mənzil bazarında durğunluq müşahidə edilir”. Bunu açıqlamasında daşınmaz əmlak üzrə ekspert, “Property» Qiymətləndirmə şirkətinin di...

Azərbaycanda korrupsiya azalıb - HESABAT

“Beynəlxalq Şəffaflıq” Təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatı 2019-cu il üçün Korrupsiya Qavrama İndeksini (2019 KQİ) təqdi...