06.09.2019

Azərbaycanda “Bohema” opera tamaşası nümayiş olunacaq

Sentyabrın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Cakomo Puççininin “Bohema” operasının tamaşası göstəriləcək.

Tamaşanı tanınmış italiyalı dirijor Lorenso Tassyeri idarə edəcək. 

L.Tassyeri vətəni İtaliyadan başqa dünyanın bir çox ölkələrində — Avropa, Latın Amerikası və Yaxın Şərq, habelə ABŞ, Yaponiya, Çin, Koreya və s. ölkələrin ən mötəbər teatr və konsert salonlarında çıxış edir.

Opera tamaşasında Mimi partiyasını teatrın aparıcı solisti — Əməkdar artist, «Humay» milli mükafatının laureatı Afaq Abbasova ifa edəcək.

Teatrın rəhbərliyi tanınmış və istedadlı opera ifaçıları — Özbəkistanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Ramiz Usmanovu və Belarusun Əməkdar artisti, vokalçıların beynəlxlaq müsabiqələrinin laureatı Vladimir Qromovu da tamaşada əsas partiyalardan olan Rudolf və Marselin partiyalarını ifa etmək üçün dəvət edib.

Tamaşada həmçinin Azərbaycan Respublikasının Əməkdar artistləri İnarə Babayeva (Müzetta), Tural Ağasıyev (Şonar), Əliəhməd İbrahimov (Parpinol),  Xalq artistləri Əli Əsgərov (Alsindor), Əkrəm Poladov (Kollen) çıxış edəcəklər. 

Mənbə apa.az


Digər xəbərlər


İlham Əliyev və Mehriban Əliyeva Vatikanda Sikstin Kapellası və Müqəddəs Pyotr Kilsəsi ilə tanış olublar

Fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Vatikanda Sikstin Kapellas...

Prezident və xanımı Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 21-də Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə...

Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub

Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva Romadakı Kuir...

İtaliyanın ənənəvi portağal döyüşü festivalı bu il də keçirildi

Hər il olduğu kimi, çərşənbə axşamı günü, İtaliyadakı “İvrea” şəhərinin vətəndaşları, bir-birlərinə portağal atmaq üçün əsas meydanda toplaşıblar. ...