10.09.2019

Azərbaycanda cəhənnəmə tur biletləri satılmağa başlayıb

Azərbaycanda da turizm şirkətləri Çernobıla turlar təşkil edirlər. Turizm agentliklərindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda da Çernobıla tur paketlər aktivdir.

Ukrayna Prezidenti Vladimir Zelenski Çernobıl zonasında olma qaydasını dəyişən fərman imzalayıb. Fərmana əsasən, Çernobıl zonası turistlər üçün açıq olacaq və çəkiliş qadağası aradan qaldırılacaq.

Bu ərazidə iqtisadi layihələrin inkişafı da planlaşdırılır. Ukrayna mətbuatının yaydığı xəbərə görə, bu ilin səkkiz ayında Çernobıl zonasına gələnlərin sayı rekord vurub. Məlumatlara görə, bu müddətdə qoruğu 74 671 nəfər ziyarət edib, onlardan 14 416 nəfəri avqust ayında gəlib.

Tərk edilmiş zonaya turistlərin əksəriyyəti Ukraynadan, eləcə də Böyük Britaniya və Polşadan gəlir. Qoruq idarəsində turist axınının artmasını, Ukrayna turizm agentlikləri tərəfindən yeni marşrutların formalaşdırılması və zonaya daxil olma prosedurunun sadələşdirilməsi ilə əlaqələndiriblər. «Ancaq xatırlatmaq lazımdır ki, bura əyləncə parkı deyil. Xüsusi təhlükəsizlik qaydalarına riayət edilməsi lazım olan bir ərazidir», — deyə qoruq idarəsi direktorunun köməkçisi Kirill Qarnik bildirib.

Qeyd edək ki, Azərbaycanda da turizm şirkətləri Çernobıla turlar təşkil edirlər. Turizm agentliklərindən verilən məlumata görə, hazırda da Çernobıla tur paketlər aktivdir.

«Baku Holiday Travel»dən bildiriblər ki, Çernobıla xüsusi tur paket olmasa da, bu barədə müraciət daxil olan kimi qiymət hesablanır, turistin Ukraynada qalacağı müddət və gediş haqqı hesablanaraq qiymət müəyyən edilir: «Çernobıl üçün tur paketin qiyməti turistin orada qalma müddəti və seçdiyi otelin səviyyəsindən asılıdır. Təxminən belə turların qiyməti 350 ABŞ dolları dəyərində olur. Bundan əlavə, turist bilet üçün 600 manata qədər pul ödəyir».

Turizm şirkətindən onu da bildirdilər ki, tur paketə turistin sığortası da daxildir.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov isə Çernobıl zonasının turistlər üçün açıq elan edilməsinin və çəkiliş qadağasının götürülməsinin turistlərin sağlamlığı üçün təhlükəli olduğunu söyləyir: «Ola bilər ki, Ukrayna Çernobıla turizm marşrutunu açmaqla qazanc əldə etmək istəyir. Amma bu, turistlərin həyatı üçün böyük riskdir. Belə çıxır ki, turistlərə radiasiyalı əraziləri istədikləri qədər gəzmək imkanı yaradılacaq. Bu da olduqca təhlükəlidir. Çernobıl illərdir ki, boşu-boşuna qapalı ərazi kimi saxlanılmayıb.

Mütəxəssislər həmin bölgədə radiasiya fonunun hələ də yüksək olduğunu təsdiqləyirlər. Mən inanmıram ki, Azərbaycandan Çernobıla getmək arzusunda olan bir turist olsun. Bu turizm növünə, ancaq psixoloji durumuna görə fərqli olan insanlar müraciət edə bilər. Yoxsa normal insan radiasiyanın yüksək olduğu bir yerə niyə getsin ki?»

M.Ağakərimov deyir ki, turistlərin mütləq əksəriyyəti ağıllı kontingentdir: «Çernobıl turizm mərkəzi deyil. Mənim fikrimcə, Ukrayna Çernobılı turizm bölgəsinə çevirməzdən öncə mütəxəssislər o ərazidə radiasiya fonunu ölçməlidirlər. Əks halda, bu turistlərin həyatını riskə atmaq deməkdir. Əgər Ukrayna hökuməti buna qərarlıdırsa, sığorta mexanizmini də işə salmalıdır. Sığortası olmayan turistlər belə radiasiyalı əraziyə buraxılmamalıdır. Turizm şirkətləri Çernobıla tur paket alan turistlərin sağlamlığını sığorta etməlidirlər. Əks halda, bizdən Ukraynaya belə turların fəaliyyəti əhali üçün təhlükədir».

Mənbə sputnik.az


Digər xəbərlər


Diqqətli olun! Saç boyaları sinə xərçəngi riskini artırır - TƏSDİQLƏNDİ

«Saç boyaları xərçəng yaradır?» Bu sual dünyada milyonlarla qadınları maraqlandıran əsas sağlıq məsələlərindən biri idi. Aparılan bir ar...

Bu kodları yığsanız telefonunuzu kimlərin dinlədiyini öyrənə biləcəksiniz

«Telefon söhbəti deyil, sonra danışarıq» deyib şübhə ilə yanaşdığımız smartfonlar, həqiqətənmi, belə təhlükəlidir? Xarici filmlər, YouTube...

Parisdəki iğtişaşda türk müxbir yaralandı

Fransanın paytaxtı Parisdə etirazçılarla polis qüvvələrinin qarşıdurması zamanı Anadolu Agentliyinin fotomüxbiri Mustafa Yalçın xəsarət alıb. Poli...

Daxili İşlər Nazirliyi vakansiyalar elan etdi

2019-cu il dekabr ayının 27-də saat 08.30-da, Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Abşeron, S...