13.09.2019

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz gedənlərə çağırış edildi

“Qondarma, cinayətkar xunta rejimi hazırda Azərbaycanın işğal edilmiş ərazilərində erməni icmasını əsarət altında saxlayaraq və azərbaycanlıların ora geri dönməsini əngəlləmək məqsədi ilə öz işğal nəticələrini “legitimləşdirmək” üçün müxtəlif təxribatlara əl atır”.

Bunu “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, separatçı rejim bunun üçün qondarma seçkilər keçirir: “Onlar bir-iki deputatı və hansısa xarici ölkənin nümayəndəsini dəvət etməklə guya beynəlxalq təşkilatların təmsilçilərinin Dağlıq Qarabağa səfər etməsindən bəhs edən şoular düzəldirlər. Amma birmənalı olaraq deyirəm ki, erməni rejiminin bu addımı təxribatdır və cinayətkar xunta rejiminin düşdüyü çıxılmaz vəziyyətin göstəricisidir. Onların bu təxribatlarının heç bir nəticəsi olmayacaq”.

T.Gəncəliyev Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər edənlərə çağırış edib: «Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər edən beynəlxalq təşkilatların və media orqanlarının nümayəndələrinə çağırış edirik ki, Azərbaycanın əzəli torpaqları olan və hazırda işğal altında saxlanılan ərazilərinə qanunsuz səfərlər etməsinlər. Bu səfərlərin heç bir hüquqi əsası yoxdur».

Mənbə report.az


Digər xəbərlər


İlham Əliyev Ərdoğana zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Dö...

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib YENİLƏNƏCƏK

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnellinin...

İlham Əliyev Xocalı abidəsini ziyarət edib- Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Xocalı abidəsini ziyarət edib. Gulust...

Mehriban Əliyevadan Xocalı soyqırımı ilə bağlı paylaşım

Gulustan.info məlumat verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşı...