13.09.2019

Azərbaycanlı həkim Sami Yusufun «Sığmazam»ını yekə xaltura adlandırdı — Görəsən musiqiçi həkimin əməliyyatına qarışır?

Sami Yusufun Nəsiminin qəzəlinə bəstələdiyi əsər haqqında.

Son həftə sosial şəbəkələrdə Sami Yusufun İmaməddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinə bəstələdiyi musiqi parçası haqqında rəyləri oxuyuram.

Bəyənən çox olub.

Belə baxanda, bəli, xor, xalq çalğı alətləri istifadə edilərək muğam ifa edilib.

Mən əsəri heç bəyənmədim.

Səbəbləri.

Qadası, bizim bu Şimalda akademik musiqi mədəniyyəti kifayət qədər inkişaf edib və dünya səviyyəsinə çıxardılacaq dərəcədə gözəl nümunələri də çoxdur. Bizim qulağımız bu cür akademik musiqiyə öyrəşib.
Başa düşürəm, xoşunuza gəlib. Axı, həqiqətən də, qulağa xoş səslənir.

Biz niyə bəyənmədik, görəsən?

Çünki bu “xaltura”-dır. Yekə bir xaltura.

Bizim camaat rəmişi də xoşlayır, amma Rəmiş natamam tonlarla gitar və musiqini ağladan sənətkardır — bu fənd peşəkarlar arasında yaxşı hərəkət kimi qəbul edilmir.

Bir kərə, melodiya yoxdur. Yəni mən orada ancaq yuxarı notlardan başlayaraq bəm səslərdə mayə ilə bitən 4 xanəlik bir fraza dinlədim — vəssəlam. Bunu bəzən kənddə çobanlar da zümzümə edə bilərlər.
Yaxşı, insan çox sadə, hətta kasıb melodiyanı da möhtəşəm əsərə çevirə bilər. Məsələn, Yanni — ən sadə melodiyanı aranjmanla parlaq, təzadlı hisslər yaradan əsərə çevirə bilir.

Amma burada heç bir aranjman yoxdur. Polifoniyanın heç bir metodundan istifadə edilməyib. Hardasa əlliyə yaxın alətdə ifa edilir, amma heç bir aləti eşidə bilmirsən. Bağışlayın, kələpurun belə bir teksturası var. Sami Yusufda sadə kartof püresi alınıb. İçinə bir az zirinc atıblar — o da ki, zirinci rəndələyəndən sonra.

Əslində niyə belə alındığının səbəbi aşkardlr. Sami Yusuf İran musiqisi yaradıb. İranda da belədir — xalq çalğı alətləri orkestri yoxdur.

Bizdə isə var.

Bizdə var, amma Sami Yusufun bundan xəbəri yoxdur.Vasif İsmayıl,

Uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru, «Çox yaşa» verilişinin aparıcısı

Mənbə moderator.az


Digər xəbərlər


"Arsenal"ın futbolçusu: "Qarabağ"la oyunu heç vaxt unutmaram"

«Əsas komandada debütüm ötən il Ukraynada «Vorskla»ya qarşı matçda gerçəkləşmişdi. Səfərdə olduğundan, oyun bizim üçün asan keçməmişdi...

İlham Əliyev və Mehriban Əliyeva Vatikanda Sikstin Kapellası və Müqəddəs Pyotr Kilsəsi ilə tanış olublar

Fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Vatikanda Sikstin Kapellas...

Prezident və xanımı Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 21-də Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə...

Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub

Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva Romadakı Kuir...