13.09.2019

Bələdiyyə seçkilərinə hazırlıq başladı

Sentyabrın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, əvvəlcə Komissiyanın 29 may 2019-cu ildə keçirilən iclasının protokolu təsdiq edilib. Sonra MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb və müvafiq dəyişikliklər təsdiq olunub.

İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi də müzakirə olunub. Komissiyanın qərarı ilə 4 saylı Naxçıvan şəhər, 16 saylı Yasamal ikinci, 26 saylı Sabunçu birinci, 37 saylı Nizami birinci (Gəncə), 40 saylı Kəpəz ikinci (Gəncə), 71 saylı Masallı kənd, 80 saylı İmişli-Beyləqan, 83 saylı Ağcabədi-Füzuli, 93 saylı Bərdə şəhər və 108 saylı Ağstafa seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Sentyabrın 13-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin də iclası keçirilib. İclasda Yeni Azərbaycan Partiyasının 2019-cu ilin 27 dekabrında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri müzakirə edilib, İcra Katibliyinin cari ilin iyun, iyul, avqust aylarında görülən işlərinə dair hesabatı dinlənilib. Qeyd olunub ki, ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işlərinə artıq start verilib. Partiyanın bu seçkilərə hazırlığı məsələləri təsdiq edilmiş tədbirlər planına uyğun olaraq həyata keçirilir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də uğur qazanılacağına əminlik ifadə edilib. İclasda YAP İcra Katibliyinin ötən üç ay ərzində həyata keçirdiyi tədbirlərin xüsusi əhəmiyyəti qeyd edilib, onların, nəinki partiyanın həyatında, bütövlükdə ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi dəyərləndirildiyi nəzərə çatdırılıb. İclasda həmçinin, bir sıra cari məsələlər müzakirə edilib və müvafiq qərar qəbul olunub.

Müxalifət partiyalarında isə hələ ki, bələdiyyə seçkilərində iştirak edib-etməmək barədə qəti qərar qəbul edilməyib. Ona görə də hazırda hansısa müxalif partiyanın bələdiyyə seçkilərinə xüsusi hazırlıq işləri apardığı barədə məlumat yoxdur.

Mənbə musavat.com


Digər xəbərlər


Ərdoğan: “Suriyada geri addım atmayacağıq”

“İdlibdə baş verən humanitar böhranın qarşısını almaq üçün fəaliyyətimizi aktiv formada davam etdirəcəyik. Əsas tələbimiz hücumların dayandırılmasıdı...

İlham Əliyev Ərdoğana zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Dö...

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib YENİLƏNƏCƏK

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnellinin...

İlham Əliyev Xocalı abidəsini ziyarət edib- Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Xocalı abidəsini ziyarət edib. Gulust...