11.09.2019

«Bakı Cinema Club»ları Ailə TV-yə keçir — FOTO

Bu ay Bakının daha iki özəl Cinema Club-u: “Leo Private Cinema” və “Manhattan Lounge & Rooms” Ailə TV-nin Ailə Cinema xidmətinə qoşuldu.

Şirkətin IPTV xidmətində yayımlanan 214 kanala əlavə olaraq təqdim olunan Ailə Cinema xidmətinin özəlliyi ondan ibarətdir ki, burada müxtəlif film, serial və cizgi gilmlərini çox rahat izləmək olar. Film bazası çox zəngindir və daim internet üzərindən avtomatik rejimdə yenilənir. Həm Rus həm də türk və ingilis dilində kontent mövcuddur.

Xidmətdən istifadə üçün cinema club-un hər otaqında ayrı Ailə TV Player cihazları quraşdırılır, lakin hər 3 cihaza görə aylıq abunə haqqı 10 azn təşkil edir. Çox sərfəli və rahat xidmət olduğundan və hər film üçün ayrı-ayrı disklər toplamaq zəruriyyətindən xilas etdiyindən şəhərimizin Cinema Club-ları Ailə TV-ni seçir. Qeyd edək ki, Ailə TV Player cihazları ilə Ailə Cinema xidmətinə Azərbaycanda ilk dəfə “Hollywood Cinema” kinoklublar şəbəkəsi qoşulmuşdur, hal-hazırda Cinema Club-lardan başqa bu xidmət şəhərimizin müxtəlif mehmanxanaları və restoranlarında da təqdim olunur, bunların sırasında Marxal Resort & Spa, Crossway Baku Hotel, Sea Pearl Hotel, Malakhan Hotel, Hofbräuhaus München Pub, Harbour Indian Cuisine restoranını qeyd etmək olar. Eyni zamanda hər kəs fərdi şəkildə də Ailə TV Player cihazı əldə edərək öz evində cihazı televizora qoşmaqla film, cizgi filmi, serial seyrindən həzz ala bilər. Xidmətdən istifadə üçün minimal 2-3 mbit/s internet bağlantısı yetərlidir.

Mənbə trend.az


Digər xəbərlər


Elçin Şıxlı İTV-də fəaliyyət göstərəcək

Azərbaycan Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Elçin Şıxlı İTV-də fəaliyyətə başlayıb. O, “Pressinq” verilişinin aparıcısı vəzifəsin...

Güclü küləklə bağlı sürücü və sərnişinlərə XƏBƏRDARLIQ

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar sərnişinlərə xəbərdarlıq edib. Agentlikdən verilən məlumat...

Ağcabədidə bir yaşlı uşaq cəhalət və savadsızlığın necə qurbanı oldu?

Verilən məlumata görə, Kəhrizli kənd xəstəxanasında analiz, rentgen üçün heç bir şərait olmadığından, azyaşlı Quzanlıya göndərilib Ağcabədi rayonu...

“Baku Bus” avtobusu qəzaya uğradı - Video

Bakının Nəsimi rayonunda “Baku Bus” avtobusu qəzaya uğrayıb. Hadisə Nizami küçəsilə Kövkəb Səfərəliyeva küçəsinin kəsişməsində qeydə alınıb. Be...