13.09.2019

Bakı-Sumqayıt və Bakı-Xırdalan istiqamətinə yeni artıq sayda marşrut buraxılır

Yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq, sentyabrın 15-dən etibarən Bakı-Sumqayıt və Bakı-Xırdalan istiqamətində hərəkət edən marşrut xətlərində avtobusların sayı artırılacaq.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) bildirilib ki, avtobusların sayının artırılmasında məqsəd dərs ilinin başlaması ilə bağlı olaraq, tələbə və şagirdləri təhsil ocaqlarına vaxtında çatdırmaq və sıxlığın artmasının qarşısını almaqdır. Buna görə də daşıyıcı şirkətlərlə görüş keçirilib və avtobusların sayının artırılması üçün xüsusi tapşırıq verilib. Əsasən 596, 535 və 523 saylı marşrut xətlərinə tələbat çox olduğundan, həmin istiqamətlərdə avtobusların artırılmasına dair tələb qoyulub.

Mənbə azertag.az


Digər xəbərlər


Gürcüstanda azərbaycanlılar Nərimanovun adını daşıyacaq universitet açılmasını tələb edib

Gürcüstanın azərbaycanlı vətəndaşları ölkənin baş naziri Giorgi Qaxariaya müraciət hazırlayıblar. Sənəddə Gürcüstanda Azərbaycandilli kadrlar...

Dəfələrlə davalara səbəb olan “Oazis”i belə sökürlər - Foto

Bakının məşhur ailəvi restoranlarından olan “Oazis”də söküntü-bərpa işləri sürətlənib. Restoranın qapısı birdəfəlik qapadılıb. Sentyabrın 2-də res...

Poliklinikalarda pulsuz tibbi xidmət ləğv edilir

İcbari tibbi sığortanın tətbiqindən sonra dövlət xəstəxanaları publik hüquqi şəxs olaraq fəaliyyət göstərəcək Son zamanlar cəmiyyətdə ən çox müzak...

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzilləri təhvil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Saray qəsəbəsindən 20, Digah qəsəbəsindən 12, “Göy Qurşağı” kompleksindən 2...