09.09.2019

Bir həftə ərzində Bakıda 2100 mənzilə «kupça» veriləcək binaların siyahısı

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən reallaşdırılan «Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası ilə səyyar xidmətlər bu həftə 5 bina üzrə 2103 mənzili əhatə edəcək.
Komitədən bildirilib ki, Prezident İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Fərmana uyğun olaraq istismarına icazə verilmiş binalardakı mənzillərin ƏMDK tərəfindən dövlət qeydiyyatına alınması davam edir.

Bu həftə «Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası ilə intensiv qeydiyyat xidmətləri Bakı şəhəri üzrə 5 müxtəlif ünvanda göstəriləcək. Sentyabrın 9-dan 13-dək Səbail, Nizami, Yasamal və Nəsimi rayonlarındakı bir neçə çoxmənzilli binalarda «kupça» veriləcək.

sentyabrın 9-da Səbail rayonu, A.Abbaszadə küçəsindəki 18 mərtəbəli, 561 mənzilli binada,
sentyabrın 10-da Nizami rayonu, Çobanzadə, Gəncəvi və Nəsimi küçələrinin kəsişməsi, 2532 məhəllədəki 17 mərtəbəli, 128 mənzilli binada,
sentyabrın 11-də Yeni Yasamal, D.Bünyadzadə küçəsindəki 17 mərtəbəli, 855 mənzilli binada,
sentyabrın 12-də Səbail rayonu, 4-cü Badamdar 6012 məhəllədəki 14 mərtəbəli, 286 mənzilli binada,
sentyabrın 13-də isə Nəsimi rayonundakı Abay döngəsi, 360-cı məhəllədəki 18 mərtəbəli, 273 mənzilli binada keçiriləcək.
Mənzillərin dövlət qeydiyyatına alınması xidmətlərindən ünvanlarındaca istifadə etmək istəyən vətəndaşlar göstərilən tarixlərdə, saat 09:00-dan 17:00-dək şəxsiyyət vəsiqəsi, maliyyə arayışı, protokoldan çıxarış kimi ilkin sənədlər ilə birgə binanın həyətindəki səyyar avtobusa yaxınlaşa bilərlər.

Mənbə ekonews.az


Digər xəbərlər


Ərdoğan: “Suriyada geri addım atmayacağıq”

“İdlibdə baş verən humanitar böhranın qarşısını almaq üçün fəaliyyətimizi aktiv formada davam etdirəcəyik. Əsas tələbimiz hücumların dayandırılmasıdı...

Koronavirus epidemiyası Cənubi Amerikaya çatıb

Braziliyada ilk koronavirusa yoluxma halı qeydə alınıb. Bu barədə məlumatı “Reuters” agentliyi yayıb. Qeyd edək ki, dünyada koronavirus infeksi...

Nazirlik ağac kəsən şirkətə 50 000 cərimə yazdı

Nizami rayonu, K.Balakişiyev 32 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkda...

Koronavirus təxminən 500 milyon dollar zərərə səbəb oldu

İndoneziyanın Dənizçilik və İnvestisiya İşləri naziri Luhut Pandjaitan, dünyada yayılan virus səbəbiylə ölkənin turizminin təxminən 500 milyon dollar...