09.09.2019

Ermənistanda aksiyalar regionlara da sıçradı

Ermənistanın bölgələrində məmur özbaşınalığı və işsizlik problemi ilə bağlı itaətsizlik aksiyaları səngimir.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, Lori vilayətinin ən böyük kəndlərindən biri olan Saratovkada sakinlər kənd icra nümayəndəsinin özbaşınalığına son qoyulmasını tələb edirlər. Sakinlərin sözlərinə görə, icra nümayəndəsi Qarlin Markonyan kəndin problemləri ilə maraqlanmır. Etirazçılar bildiriblər ki, icra nümayəndəsi onları aldadaraq pay torpaqlarını əllərindən alıb. Torpaqlar saxta yollarla icra nümayəndəsi tərəfindən yaxın adamlarının adlarına sənədləşdirilib. Aksiya iştirakçılarının iddialarına görə, dəfələrlə Lori vilayəti qubernatoruna və ölkənin baş prokuroruna şikayətlər ünvanlansa da heç bir nəticə olmayıb. Onlar bəyan edirlər ki, tələbləri yerinə yetirilməsə növbəti aksiya hökumət binasının qarşısında keçiriləcək.

Bundan başqa Nikol Paşinyanla Qarabağ klanı arasında ziddiyyətlər dərinləşir. Belə ki, 1 mart hadisələri ilə bağlı qondarma rejimin sabiq təhlükəsizlik xidmətinin rəisi Vitali Balasanyan xüsusi istintaq komitəsinə çağırılıb. Dindirilmədən sonra Vitali Balasanyan bildirib ki, 1 mart hadisələrində baş nazir Nikol Paşinyan və sabiq prezident Levon Ter-Petrosyan günahkardırlar.

Mənbə musavat.com


Digər xəbərlər


Azərbaycanda yeni model avtomobil istehsal ediləcək

Naxçıvan Avtomobil Zavodunda yeni marka və modellərdə avtomobillər istehsal olunacaq. Bunu zavodun direktoru Səxavət Hümbətov deyib. Onun sözlərin...

Neftçilər prospektində avtomobil aşıb - video

Bakının Nefçilər prospektində baş vermiş qəza zamanı, Opel və Volkswagen markalı iki avtomobil toqquşub, nəticədə Opel markalı avtomobil aşıb. ...

Ölkə ərazisinə qanunsuz yollarla gətirilən aksiz markasız alkoqollu içkilər müsadirə edilib

Azərbaycan gömrükçüləri 300 min manat dəyərində aksiz markasız spirtli içki və tütün məmulatının realizə edilməsinin qarşısını alıblar. Dövlət Göm...

Çexiya Azərbaycanla iqtisadi əməkdaşlığı gücləndirmək istəyir

Bu gün Çexiyada istifadə edilən neftin 1/3 hissəsi Azərbaycan neftinin payına düşür. Bu barədə “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar Bakıda...