10.09.2019

Facebook mükafatlarla dolu konkurs elan edib

Facebook şirkəti deepfake videoları təyin edə biləcək texnologiyaların hazırlanması üçün xüsusi konkurs elan edib. Bu barədə Rusbase saytı xəbər verib. Deepfake Detection Challenge adlı proqram gələn aydan start götürəcək və gələn ilin mart ayına kimi davam edəcək. Proqramın fondu 10 milyon dollar təşkil edir. Bu proqramın iştirakçıları üçün şirkət məşhur aktyorların üzlərini özlərində birləşdirən videolar yaradacaq.

Şirkət həmin aktyorları videolar bazasının yaradılması üçün dəvət edəcək. Şirkət söz verib ki, bu proses zamanı o, istifadəçilərin özəl məlumatlarından istifadə etməyəcək. Sözügedən proqramın əsas məqsədi isə süni zəka tərəfindən hazırlanaraq istifadəçiləri yanlış fikirlərə yönəldən videoların qarşısını almağı bacaracaq həlləri yaratmaqdır. Proqramın qaliblərini isə xüsusi mexanizm seçəcək.

Həmin mexanizm müxtəlif komandaların alqoritmlərini qiymətləndirəcək və onların effektivliklərini təyin edəcək. Ən yaxşı texnologiyaların yaradıcıları isə qrantlar və hədiyyələr əldə edəcəklər. Deepfake, neyron şəbəkəsi tərəfindən yaradılan saxta videoçarxdır. Həmin videolarda insanlar əvvəllər demədikləri şeyləri deyirlər və onların üz mimikaları deyilmiş mətnlərə uyğun şəkildə reallaşdırılır. Digər deepfake növlərində isə bir şəxsin üzü digər şəxsin üzü ilə əvəz edilir.

Mənbə technote.az


Digər xəbərlər


Elçin Şıxlı İTV-də fəaliyyət göstərəcək

Azərbaycan Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Elçin Şıxlı İTV-də fəaliyyətə başlayıb. O, “Pressinq” verilişinin aparıcısı vəzifəsin...

Güclü küləklə bağlı sürücü və sərnişinlərə XƏBƏRDARLIQ

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar sərnişinlərə xəbərdarlıq edib. Agentlikdən verilən məlumat...

Ağcabədidə bir yaşlı uşaq cəhalət və savadsızlığın necə qurbanı oldu?

Verilən məlumata görə, Kəhrizli kənd xəstəxanasında analiz, rentgen üçün heç bir şərait olmadığından, azyaşlı Quzanlıya göndərilib Ağcabədi rayonu...

“Baku Bus” avtobusu qəzaya uğradı - Video

Bakının Nəsimi rayonunda “Baku Bus” avtobusu qəzaya uğrayıb. Hadisə Nizami küçəsilə Kövkəb Səfərəliyeva küçəsinin kəsişməsində qeydə alınıb. Be...