06.09.2019

Facebook sizin də nömrənizi internetə sızdırmış ola bilər

 Facebook şirkəti artıq dəfələrlə istifadəçi məlumatlarının sızıdırılması üzrə qalmaqallara səbəb olub. Bu dəfə yeni qalmaqal yaşanıb. Belə ki, müxtəlif ölkələrdən olan yarım milyon Facebook istifadəçisinin telefon nömrələri açıq mənbə şəklində internetə sızdırılıb. Bu barədə Techcrunch saytı xəbər verib. Telefon nömrələri sızdırılmış istifadəçilərin aid olduqları ölkələr siyahısında ABŞ, İngiltərə və Vyetnam da var.

Sözügedən məlumatlar bazasında istifadəçilərin telefon nömrələrini özündə birləşdirən 419 milyondan çox Facebook ID identifikatoru olub. Həmin məlumatlar bazası həmçinin istifadəçilərin adlarını və onların hansı ölkələrdə yaşadıqlarını da özündə birləşdirib. Bu məlumat bazasının yerləşdiyi virtual serverin sahibini təyin etmək mümkün olmayıb. Lakin hostinqə müraciət edəndən sonra məlumat bazasına keçid bloklanıb.

Maraqlısı ondadır ki, 1 ildən çox müddət bundan öncə Faacebook şirkəti kənar servislərə istifadəçilərin telefon nömrələrini əldə etmələrinə qadağa qoymuşdu. Facebook şirkətinin təmsilçisinin sözlərinə əsasən ortaya çıxmış məlumat bazasındakı telefon nömrələri Facebook şirkətinin təyin etdiyi qadağanın qüvvəyə minməsindən öncə yığılıb. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Facebook şirkəti 5 milyard dollar dəyərində cərimələnmişdi. Bunun əsas səbəbi isə onda idi ki, şirkət istifadəçi məlumatlarını reklam şirkətlərinə ötürürdü.

Mənbə technote.az


Digər xəbərlər


Sərhəddə qorxu yüksəldi! İrana gedən tır sürücüləri koronavirus təhlükəsi ilə üz-üzə

Türkiyənin sərhəd qonşusu İrandan ard arda gələn koronavirus xəbərlərindən sonra sərhəddə qorxu yüksəldi. İranda, koronavirus səbəbiylə 5 nəfərin ölü...

Naxçıvan Muxtar Respublikası Ali Məclisindən yeni təyinat

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 22-də Ülvi Hüseynlinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının r...

"Bursaspor" azarkeşləri qəzaya düşdü

Türkiyənin «Bursaspor» futbol komandasının azarkeşlərini daşıyan avtobus qəzaya uğrayıb. Gulustan.info Türkiyə mediasına istinadən xəbə...

Bill Gates: “14 Yaşına gələnə qədər uşaqlarıma telefonu qadağan etdim”

Bill Geyts bir reportajda uşaqlara 14 yaşına qədər smartfon alınmaması gərəktiyini deyib. Bill Geytsin bu hərəkəti bəzi mütəxəssislər tərəfindən də m...