05.09.2019

Google şirkətinə qarşı böyük ittiham irəli sürülür

İrlandiyanın özəl məlumatların istifadəsi üzrə nizamlayıcı orqanı (Irish Data RegulatorGoogle şirkətini istifadəçilərin özəl məlumatlarının gizli şəkildə yığılmasında və onları reklam verənlərə ötürülməsində günahlandırır. Bu barədə The Financial Times saytı xəbər verib.

Qeyd etmək lazımdır ki, İrlandiyanın bu nizamlayıcı orqanı Google şirkətinin Avropadakı biznesinə nəzarət edir. Onun məlumatına əsasən istifadəçi məlumatlarının yığılmasında şirkət gizli səhifələrdən istifadə edir. Bu isə şirkətin şəffaflıq siyasətinə və Avropa Birliyinin konfidensiallıq üzrə qanunvericiliyinə ziddir.

Google şirkəti isə nizamlayıcı orqan ilə əməkdaşlıq etdiyinə görə bu günahları təkzib edir. Məlumata əsasən targetinq reklamları üçün istifadə olunan özəl məlumatlar sırasında istifadəçi səhhətinin vəziyyəti, onun siyasi maraqları və mənsub olduğu irqi var. İstifadəçi hesabının indikatoru unikaldır. Belə ki, o, heç kimin görmədiyi gizli səhifələrdə yerləşdirilib. Brave adlı brauzerin rəhbəri olan Johnny Ryan yeni istifadəçi hesabı yaradaraq həmin identifikatoru təyin etməyi bacarıb. Məlum olub ki, onun identifikatoru minimum 8 reklam şirkətinə göndərilib.

Onun təcrübəsi digər yüzlərlə istifadəçi hesabında yoxlanılıb və təsdiq edilib ki, identifikatorlar həqiqətən də təkrarlanmırlar və targetinq reklamlar üçün istifadə olunurlar. Bu cür datalar isə dünyanın böyük reklam hərracında satılır. Potensial alıcılara dəqiq məlumatları təqdim etməklə Google şirkəti öz rəqibləri üzərində nəzərə çarpan üstünlük əldə edir. Halbu ki, şirkət 2018-ci ilin sentyabr ayında söz vermişdi ki, cookie faylların şifrələnmiş identifikatorlarını bir daha heç kimə təqdim etməyəcək.

Mənbə technote.az


Digər xəbərlər


Azərbaycan və Çin kənd təsərrüfatı texnikası üzrə müəssisələr yaradacaq

Azərbaycan və Çin yaxın perspektivdə birgə müəssisələrin yaradılması imkanlarını nəzərdən keçirir. Bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib...

Azərbaycanlıların yaratdığı layihə Rusiya iş dünyasının marağına səbəb olub

Rusiyanın ən iri banklarından olan Sberbankın startaplar üçün keçirdiyi akseleratorun qalibləri içərisində həmyerlilərimizin yaratdığı son dərəcə mar...

Avstriyadan böyük qadağa! Avropa İttifaqı və Merkosur dövlətləri arasında ticarət sazişinə veto qoydu

Sentyabrın 19-da Avstriya Parlamentinin Aİ üzrə alt komissiyasında qəbul edilmiş qərar həm ölkə, həm də xarici mətbuatda böyük əks-sədaya səbəb olub....

Huawei şirkəti Google servislərinin yerinə nəyi tətbiq edəcək?

Baş tutmuş 2 saatlıq təqdimatdan sonra Huawei şirkəti vacib məlumatı səsləndirdi. Belə ki, yeni smartfonlar Google servislərini əldə etməyəcəklər. La...