09.09.2019

Güzəştli ipoteka şərtləri ilə mənzil almaq istəyənlər! Bu xəbər sizin üçündür

Eyni zamanda vətəndaşların öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub

Tezliklə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək.

Bu barədə MİDA-dan məlumat verilib.

Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə (yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin edən vətəndaşlar), həm də vətəndaşların öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

Bununla əlaqədar olaraq, mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan vətəndaşların ilkin razılıq qərarının alınması üçün müraciətlərinin qəbulu davam etdirilir.

Qeyd edək ki, «Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası»nda edilən dəyişikliklərə uyğun olaraq mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan şəxs mütləq: ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməli; agent bankdan aldığı ilkin razılıq qərarının «Güzəştli mənzil» sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etməlidir.

Mənbə sputnik.az


Digər xəbərlər


Mobil telefonlardakı təqvim hansı təhlükədən xəbər verir?

Məxfilik parametrləri dəyişərkən məlumatların axtarış sistemində üzə çıxa biləcəyi barədə telefonun ekranında xəbərdarlıq görünür, lakin bir çox isti...

Bakıda 11 küçədə təmir başlayacaq, hərəkət məhdudlaşdırılacaq

Dövlət başçısının tapşırıq və sərəncamları əsasında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Xətai rayonu ərazisində komplek...

Azərbaycan Dilqəm və Şahbazla bağlı nə təklif etdi?

Azərbaycan tərəflərdə saxlanılan əsir-girovların “hamının-hamıya” prinsipi əsasında azad olunması və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni z...

Prezidentdən çoxmənzilli evlərin təmiri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərində çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qe...