13.09.2019

Hakim vəzifəsinə namizədlərlə test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) ilə Hakimlərin Seçki Komitəsi tərəfindən hakim vəzifəsinə namizədlərlə test imtahanı keçiriləcək.

Hakim vəzifəsinə namizədlərlə test imtahanı sentyabrın 15-də DİM-in Nəsimi rayonu A. Salamzadə küçəsi 28 ünvanında yerləşən binasında keçiriləcəkdir.

Hakim vəzifəsinə namizədlər «İmtahana buraxılış vərəqəsi»ni sentyabrın 13-dən Hakimlərin Seçki Komitəsindən (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şəxsiyyət vəsiqəsini təqdim etməklə əldə etməlidirlər.

İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq. İmtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunacaq. İmtahanda 205 namizədin iştirakı nəzərdə tutulur.

İmtahana gələrkən namizədlər «İmtahana buraxılış vərəqəsi»ni və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaqdır.

Buraxılış rejiminin və namizədlərin yerləşdirilməsinin təmin olunması üçün namizədlər imtahan verilən binanın qarşısına saat 9.00-dan gec olmayaraq gəlməlidirlər. İmtahan saat 10.00-da başlayır.

İmtahanda namizədlərə 100 sual təqdim olunur və onların cavablandırılmasına 4 saat vaxt ayrılır. Hər bir imtahan sualı 1 balla qiymətləndirilir. Səhv cavabların sayı düzgün cavabların nəticəsinə təsir göstərmir. 60 və daha çox bal toplamış namizədlər imtahanın növbəti mərhələsinə buraxılırlar.

Mənbə trend.az


Digər xəbərlər


Apteklərdən 4 min pul oğurlayıb

Nəsimi rayonu ərazisindəki apteklərin birindən oğurluq olub.  Əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də apteklərin birindən soy...

Pentaqon 2025-ci ilə qədər nüvə silahı üçün xərclərini açıqlayıb

Pentaqon nüvə silahının modernləşdirilməsi və etibarlılığının təmin edilməsi üzrə beşillik plan çərçivəsində ABŞ Konqresindən təqribən 167 milyard AB...

Avropada koronavirusdan ilk ölüm hadisəsi baş verdi

Parisdə ilk Fransa vətəndaşı koronavirusdan dünyasını dəyişib. Gulustan.info xarici mediaya istinadən məlumat verir ki, çox ağır vəziyyətdə olan 6...

Ərdoğan: “Suriyada geri addım atmayacağıq”

“İdlibdə baş verən humanitar böhranın qarşısını almaq üçün fəaliyyətimizi aktiv formada davam etdirəcəyik. Əsas tələbimiz hücumların dayandırılmasıdı...