05.09.2019

İmtahanlara qarşı çıxıldı: «Şagirdləri «əlil» edir»

«Mənim şəxsən məqsədlərimdən biri imtahanları öldürməkdir»

İmtahanlar şagirdləri oxumaq istəyindən məhrum edir. RİA Novosti-yə istinadən xəbər verilir ki, bunu Rusiyanın «Sberbank» dövlət bankının rəhbəri German Qref deyib.

Onun fikrincə, şagirdlər yalnız qarşıdan gələn qiymətləndirmə şəraitində oxumağa hazırdırlar.

«Bu böhrandır… Mənim şəxsən məqsədlərimdən biri imtahanları öldürməkdir», — Qref Şərqi İqtisadi Forum çərçivəsində baş tutmuş plenar sessiyada deyib.

Rusiyalı bankirin sözlərinə görə, uşaqlar məktəbi «əlil» kimi bitirirlər, çünki qiymətləndirmə sisteminə o qədər öyrəşirlər ki, gələcəkdə belə bir sistemin yoxluğunda rahatlaşırlar və nə isə etməyə hazır olmurlar.

Bir müddət öncə Qref uşaqlara yalnız bir fənnin tədris olunduğu dar ixtisaslı «riyaziyyat» məktəblərinin keçmişin qalıqları olduğunu və gələcəkdə riyaziyyatçı və proqramçılara ehtiyacın azalacağını bildirib.

Mənbə sputnik.az


Digər xəbərlər


Ölkə ərazisinə qanunsuz yollarla gətirilən aksiz markasız alkoqollu içkilər müsadirə edilib

Azərbaycan gömrükçüləri 300 min manat dəyərində aksiz markasız spirtli içki və tütün məmulatının realizə edilməsinin qarşısını alıblar. Dövlət Göm...

Çexiya Azərbaycanla iqtisadi əməkdaşlığı gücləndirmək istəyir

Bu gün Çexiyada istifadə edilən neftin 1/3 hissəsi Azərbaycan neftinin payına düşür. Bu barədə “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar Bakıda...

Mobil telefonlardakı təqvim hansı təhlükədən xəbər verir?

Məxfilik parametrləri dəyişərkən məlumatların axtarış sistemində üzə çıxa biləcəyi barədə telefonun ekranında xəbərdarlıq görünür, lakin bir çox isti...

Bakıda 11 küçədə təmir başlayacaq, hərəkət məhdudlaşdırılacaq

Dövlət başçısının tapşırıq və sərəncamları əsasında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Xətai rayonu ərazisində komplek...