23.09.2019

İngiltərə ABŞ-la birlikdə İrana qarşı hərbi əməliyyata qoşula bilər

Böyük Britaniyanın Baş naziri Boris Conson BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdədir.

O, Nyu-Yorkda verdiyi açıqlamasında, İranın Səudiyyə Ərəbistanın milli neft şirkəti «Saudi Aramco» müəssisələrinə təşkil edilən hücumlara görə məsul olduğunu və İngiltərənin ABŞ-ın başçılıq edəcəyi bir hərbi əməliyyata qoşula biləcəyini deyib.
 

Həmçinin Conson, Böyük Britaniyanın Orta Şərqdə gərginliyin azalması üçün müttəfiqləri ilə işləməyə davam edəcəyini bildirib.
 

Daha əvvəl ABŞ və Səudiyyə Ərəbistanı da hücum məsələsində İranı günahlandırmışdı. ABŞ Müdafiə Nazirliyi Səudiyyə Ərəbistanına əlavə əsgər və raket əleyhinə müdafiə sistemi göndərməyə qərar verib. 

Mənbə marja.az


Digər xəbərlər


YAP-çı deputatlığa namizədlərin bir qrupu partiyadan çıxarılıb

Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) 200-dən çox üzvü fərdi qaydada deputatlı...

Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Gülüstan.info xəbər verir ki, dövlətimizi...

Prezident İlham Əliyev şəhər meri və şirkət başçısı ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb. Görüşdə “Qarabağ” y...

125 deputat yerinə neçə namizəd var? - MSK-dan rəsmi açıqlama

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib. ...