11.09.2019

İsrail İordaniya vadisini zəbt edəcək

İsrailin baş naziri Binyamin Netanyahu seçkilərdən əvvəlki müraciəti zamanı ölkənin müstəqilliyini İordaniya vadisinə yayacağını söz verib.

Bu barədə RİA «Novosti»yə istinadən xəbər verilir.

Məlumata görə, baş nazir vurğulayıb ki, seçkilərdən sonra «əsrin sazişi» təqdim ediləcək. Bu, ABŞ-ın Fələstin-İsrail münaqişəsinin nizama salınması üzrə planıdır.

Plan İsrail qanunvericiliyini yəhudi qəsəbələri Yəhudidə və Samariidə yaymağa icazə verəcək. Bu, İordan çayının qərb sahilidir. Hazırda həmin ərazi Fələstinə məxsusdur.

«Əgər biz İsrail vətəndaşlarından bu hərəkətlərə görə mandat alsaq, bir yer var ki, seçkilərdən dərhal sonra orda İsrailin müstəqilliyini yaymaq olar. Bu gün mən İsrail müstəqilliyini İordaniya vadisinə və Ölü dənizin şimalına yaymaq niyyətimi bildirirəm», — Netanyahu qeyd edib.

Netanyahu ilk addımlarını yeni Nazirlər Kabinetinin formalaşmasından sonra atmaq niyyətindədir.

Mənbə report.az


Digər xəbərlər


İran parlamentində yerdəyişmə nədən xəbər verir? – Politoloqun şərhi

İran Məclisinin 11-ci çağırışının mayın 27-də açılış mərasimi keçirilərək parlamentə yeni sədr seçilib. Bu Məhəmmədbağır Qalibaf olub. İran parlam...

“Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edilib

Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edib. “Dövlət satınalmaları haqqında” qanun 36.9-cu maddəsinə aşağıdak...

Çin lideri: Pandemiya bitəndə müharibəyə hazır olmalıyıq

Aylardır dünyanı cənginə alan koronavirus Çin və ABŞ arasındakı gərginliyi də pik həddə çatdırıb. Gulustan.info xəbər verir ki, Çindən gərginliyi ...

Prezident Şamaxıya ayrılan nəqliyyat vasitələrinə və texnikalara baxdı - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsu...