19.09.2019

Mobil telefonlardakı təqvim hansı təhlükədən xəbər verir?

Məxfilik parametrləri dəyişərkən məlumatların axtarış sistemində üzə çıxa biləcəyi barədə telefonun ekranında xəbərdarlıq görünür, lakin bir çox istifadəçilər bu xəbərdarlığa əhəmiyyət vermirlər

Google Təqvim əlavəsində saxlanan yüzlərlə təqvim qoruma sistemindən kənar qalıb.

Bu barədə təhlükəsizlik üzrə mütəxəssis Avinaş Cayn öz bloqunda yazıb.

Müdafiə sistemindəki bu çatışmazlıq istənilən istifadəçiyə başqa şəxslərin və şirkətlərin tədbirlərinin vaxtını izləməyə, o cümlədən bu tədbirə əlavə edilmiş gizli məlumatları oxumağa imkan yaradıb. Təqvimlərin axtarışı üçün Cayn Google-da xüsusi açar sözlərdən istifadə edib. Əmrlərdən birinin köməyilə o, açıqda qalan bütün təqvimləri görə bilib.

Məlumatın məxfiliyini əslində təqvimlərin sahibləri özləri pozublar. Onlar həmin təqvimləri hamı tərəfindən baxışa açıq saxladıqlarından axtarış sisteminin onları izləmək imkanı olub. Cayn bildirib ki, təyin olunan məxfilik parametrləri dəyişərkən məlumatların axtarış sistemində üzə çıxa biləcəyi barədə telefonun ekranında xəbərdarlıq görünür, lakin bir çox istifadəçilər bu xəbərdarlığa əhəmiyyət vermirlər.

Mütəxəssis bildirib ki, hətta istifadəçinin adını bilməklə onun təqviminə daxil olmaq mümkündür. Məsələn, bir nəfər Shopify şirkətinin işçisinin yalnız adını tapmaqla onun təqviminə giriş imkanı qazanıb, onun haqda məlumatları ələ keçirib, eləcə də təqdimatı yükləyib, üstəlik, görüşlərin cədvəlinə aid hiperlinki də saxlaya bilib. Cayn problem haqda şirkətə bildirdikdən sonra Shopify  ona 1,5 min dollar mükafat verib.

Mənbə sputnik.az


Digər xəbərlər


İŞİD-çıların arvadları düşərgələrdən çıxarılır

ABŞ hərbçiləri İŞİD terrorçularının arvadlarını Suriyanın Haseke vilayətindəki Əl-Hol qaçqın düşərgəsindən çıxarır. Bu barədə “İhbariyyə” telekana...

Bakıda qeyri-adı küçə adları hələ də qalır

“Bakıda qəribə küçə adları var. Bəzilərində Sovet adları qalmaqdadır. Həmin küçələrin adlarının dəyişdirilməsi ilə bağlı mütləq tədbir görüləcək”. ...

Bələdiyyə seçkiləri bu tarixdə keçiriləcək

Azərbaycanda bələdiyyə seçkilərinin tarixi müəyyən edilib. Bununla bağlı bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bildirilib. İclasa...

Çavuşoğludan "Twitter"də Azərbaycanla bağlı PAYLAŞIM

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan haqda öz «Twitter» səhifəsində paylaşım edib Türkiyənin Xarici İşlər naziri M...