27.09.2019

Nadir və nəsli kəsilməkdə olan quşlara GPS yerləşdiriləcək

AMEA-nın Zoologiya İnstitutuna «Azərbaycanda nadir və nəsli kəsilməkdə olan quşların səmərəli qorunması üçün müasir təbiəti mühafizə avadanlıqlarından (GPS xaltalar) istifadə olunması» mövzusunda əsərə görə Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflik şəhadətnaməsi verilib.

Akademiyadan Trend-ə verilən məlumata görə, institutun əməkdaşları tərəfindən quşları öyrənmək və yerlərini dəqiq müəyyən etmək üçün onların lələkləri arasına (boynuna və ya kürəyinə) hər bir quşun ölçüsünə uyğun kiçik GPS xaltaların yerləşdirilməsi təklif olunur.

Beləliklə, müasir texnologiyalardan istifadə etməklə Azərbaycanda nadir və nəsli kəsilməkdə olan quşların biologiyasını, həyat tərzini öyrənmək, biomüxtəlifliyin mühafizəsini təmin etmək və tədbirlər planı hazırlamaq mümkün olacaq.

Mənbə trend.az


Digər xəbərlər


Heydər Əliyev Fondu 18 yaşınadək olan şəkərli diabet xəstələrini insulinlə təmin edəcək

Heydər Əliyev Fondunun “Diabetli uşaqlara ən yuksək qayğı” layihəsi çərçivəsində ölkə üzrə şəkərli diabet xəstəliyi olan 18 yaşadək şəxslər insulin p...

Gözdən əlilliyi olanların sosial müdafiəsi üçün işlər aparılır

Gözdən əlilliyi olanların mənzillə təminatı proqramının davamı olaraq, son illərdə gözdən əlilliyi olan şəxslər üçün Bakının Nərimanov rayonunda 132 ...

Ramiz Mehdiyev tutduğu vəzifəsindən azad edildi

Prezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərənca...

Heydər Əliyev Fondu şəhid oğlunun müalicə və yeni ev tikilməsi xərclərini qarşılayacaq

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi Tərtər rayonu, Təzəkənd sakini Elxan Mehdiyevin müalicəsinə dəstək göstərəcək. 1992-ci i...