10.09.2019

NATO-nun keçmiş baş katibi dedikləri gürcülərin qəzəbinə tuş gəldi

NATO-nun keçmiş baş katibi Andres Foq Rasmussenin Tbilisidə keçirilən “İndi nə?” beynəlxalq konfransda səsləndirdiyi bəzi fikirlər Gürcüstanda narazılıqla qarşılanıb.

A.F.Rasmussen tədbirdə çıxışı zamanı bildirib ki, Gürcüstanda ölkənin Abxaziya və Cənubi Osetiya bölgələri olmadan NATO-ya üzvlük məsələsi müzakirə olunmalıdır.

NATO-nun sabiq baş katibinin fikirlərinə münasibət bildirən parlament çoxluğunun rəhbəri Gia Volski bildirib ki, istənilən beynəlxalq təşkilat Gürcüstanı beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində qəbul etməlidir.

O deyib ki, Gürcüstanın Abxaziya və Cənubi Osetiyasız NATO-ya üzvlüyü məsələsi qəbuledilməzdir.

Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri İrakli Sesiaşvili öz növbəsində ölkənin NATO-ya birmənalı şəkildə Abxaziya və Cənubi Osetiya bölgələri ilə birgə üzv olacağını deyib.

O qeyd edib ki, Gürcüstanın ərazi bütövlüyünü NATO, Avropa İttifaqı və əksər dövlətlər tanıyır.

Mənbə musavat.az


Digər xəbərlər


Parlament seçkiləri 2020-ci il fevralın 9-na təyin edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədə...

Moldovanın Azərbaycandakı səfiri geri çağırıldı

Moldova hökuməti Xarici İşlər Nazirliyinin Baş katibi Yevgeni Revenko tərəfindən təqdim olunan və bir neçə səfirin geri çağırılmasını nəzərdə tutan q...

ABŞ İrana qarşı müqaviməti artırır - 14 min əsgər İrana yola salınır

ABŞ Prezident Administrasiyası Yaxın Şərqdə İrana müqavimət üçün öz hərbi mövcudluğunu artırmaq imkanlarını nəzərdən keçirir. Bu məlumatı “Vol Str...

Deputat icra başçısı təyin edildi - 3 SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əhməd Muxtarovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərə...