09.09.2019

Naxçıvan MR-də yeni fond yaradıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Elmin İnkişafı Fondu yaradılıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncama əsasən, Elmin İnkişafı Fondu Naxçıvan Muxtar Respublikasında fundamental elmi yeniliklərin stimullaşdırılmasını, onun təbii resurslarının, mədəni və tarixi irsinin tədqiqinin genişləndirilməsini, elmin müxtəlif sahələrində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən innovativ layihələrin dəstəklənməsini təmin etmək məqsədi ilə yaradılıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun nizamnaməsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etməsi tapşırılıb.

Mənbə azvision.az


Digər xəbərlər


Apteklərdən 4 min pul oğurlayıb

Nəsimi rayonu ərazisindəki apteklərin birindən oğurluq olub.  Əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də apteklərin birindən soy...

Pentaqon 2025-ci ilə qədər nüvə silahı üçün xərclərini açıqlayıb

Pentaqon nüvə silahının modernləşdirilməsi və etibarlılığının təmin edilməsi üzrə beşillik plan çərçivəsində ABŞ Konqresindən təqribən 167 milyard AB...

Avropada koronavirusdan ilk ölüm hadisəsi baş verdi

Parisdə ilk Fransa vətəndaşı koronavirusdan dünyasını dəyişib. Gulustan.info xarici mediaya istinadən məlumat verir ki, çox ağır vəziyyətdə olan 6...

Ərdoğan: “Suriyada geri addım atmayacağıq”

“İdlibdə baş verən humanitar böhranın qarşısını almaq üçün fəaliyyətimizi aktiv formada davam etdirəcəyik. Əsas tələbimiz hücumların dayandırılmasıdı...