09.09.2019

Netanyahudan əsl yəhudi addımı — Yeltsini «diriltdi»

İsrailin baş naziri Binyamin Netanyahu Böyük Britaniya hökumətinin rəhbəri Boris Consonu səhvən Yeltsin adlandırıb. 

Xəbəri «RİA Novosti» «Haaretz»-ə istinadən yayıb.

Bazar günü iclasda çıxış edən Netanyahu Böyük Britaniyaya səfəri barədə danışıb.

O deyib: «Londona səfərim çox xoş keçdi, orada baş nazir Boris Yeltsinlə və ABŞ-ın müdafiə naziri ilə görüşdüm».

İclasda iştirak edənlər dərhal onun səhvini düzəldiblər. Hökumət rəhbəri gülümsəyib və bildirib ki, qəsdən yanlışlığa yol verib: onu diqqətlə dinləyib-dinləmədiklərini öyrənmək istəyib.

Xatırladaq ki, Boris Conson bu ilin iyununda baş nazir seçilib.

Boris Yeltsin 1991-1999-cu illərdə Rusiyaya rəhbərlik edib. 2007-ci ildə vəfat edib.

Mənbə moderator.az


Digər xəbərlər


Merkelin arzuladığı dövlətlər - Avropa Birliyinə daha iki üzv

Angela Merkel iki ölkənin Avropa Birliyinə girə biləcəyinin siqnalını verib. Gülüstan.info xəbər verir ki, Almaniyanın baş naziri Angela Merkel Al...

AŞPA yeni prezidentini seçdi

Belçikalı senator Hendrik Daems iki il müddətinə AŞPA-nın yeni prezidenti seçilib. Gülüstan.info xəbər verir ki, o, bu vəzifədə isveçrəli deputat ...

“Exit poll” keçirəcək ilk təşkilatların adları açıqlandı - MSK-dan qərar

Milli Məclisə seçkilərlə əlaqədar “exit poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciətlər daxil olub. Gülüstan.info xəbər verir ki...

Prezident İlham Əliyev azərbaycanlı jurnalistə müsahibə verib — YENİLƏNİB

Artıq xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsi...