04.09.2019

Nyu-York Moda həftəsi artıq başladı

Sentyabrın 4-də ABŞ-ın Nyu-York şəhərində geyim sənayesinin ən vacib hadisələrdən biri sayılan Moda həftəsinin açılışı keçirilib.

TASS agentliyinə istinadən xəbər verilir ki, sentyabrın 11-dək davam edən Moda həftəsində 2020 yaz-yay kolleksiyaları təqdim olunur.

Tədbirin çərşənbə günü başlanmasına baxmayaraq ilk iki gündə gənc dizaynerlərin əl işləri nümayiş olunacaq. Ziyarətçilər bir neçə xeyriyyə şousu, eləcə də qarşıdan gələn (15-19 oktyabr) Kongo Moda Həftəsində təqdim ediləcək bəzi geyimlərin görüntüləri ilə tanış ola biləcəklər.

Əsas nümayişlər sentyabrın 6-da başlayacaq. Bir neçə gün ərzində Tom Ford, Ceremi Skott, Karolina Errera, Tommi Hilfiger, Ralf Loren, Mark Ceykobs, Maykl Kors, Gelmut Lenq və digər dizaynerlərin yeni kolleksiyaları nümayiş olunacaq. Moda həftəsində “Longchamp”, “Сoach”, “Staud” kimi dizayn evləri də iştirak edir.

Mənbə azertag.az


Digər xəbərlər


Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTO

Sentyabrın 20-də Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş “Bir günəş altında” adlı fotosərgi açılıb. Sərgi Hey...

Bakıda “Jazz Fans” İctimai Birliyi və jazz.az saytı cazsevərlərə təqdim edilib

Milli Musiqi Günündə Bakıda “Jazz Fans” ( “Cazın dostları”) İctimai Birliyi və jazz.az saytının yenilənmiş versiyasının təqdimatı olub. AZƏRTAC&nb...

Hacı Zeynəlabdin Tağıyev barədə - O qatil, yoxsa xeyriyyəçi idi?

Axar TV-nin “Faktlar və Aktlar” layihəsinin bugünkü qonağı tarix üzrə fəlsəfə doktoru, azərbaycanlı milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyev irsini...

Stansiyalarda əsl bayram əhvalı yaşanıb

18 Sentyabr – Milli Musiqi Gününün Bakı Metropolitenində xüsusi layihələrlə qeyd edilməsinin artıq 5-ci ili tamam olur. Sərnişin axınının gur oldu...