09.09.2019

Oskar laureatı Tom Xenks yeni filmə çəkilməyə hazırlaşır

Amerikalı aktyor Tom Xenks “Paramount Pictures” kompaniyasının yaratdığı filmdə 1960-cı illərdə populyarlıq qazanan oyuncaq-kosmonavt rolunu canlandıracaq.

TASS agentliyinə istinadən xəbər verilir ki, Oskar laureatı Tom Xenks filmdə baş rolda çıxış edəcək. Onun qəhrəmanı 1960-cı illərdə Mattel kompaniyasının yaratdığı Mett Meyson adlı bir oyuncaqdır.

Məlumatda bildirilir ki, süjet xətti Maykl Çabonun əsəri əsasında qurulacaq. Film üçün ssenarini əvvəllər Xenkslə “Da Vinci Code” filmində əməkdaşlıq etmiş Akiva Qoldsman yazacaq.

Filmin qəhrəmanı Mett Meyson adlı ayda çalışan bir zabitin başına gələnlərdən bəhs edir. Onunla bərabər orada komandanın digər üzvləri və yadplanetlilər yaşayır. Qəhrəman ötən əsrin 60-cı illərində SSRİ və ABŞ arasında gedən kosmik yarışma nəticəsində populyarlıq qazanıb.

Mənbə azertag.az


Digər xəbərlər


İlham Əliyev və Mehriban Əliyeva Vatikanda Sikstin Kapellası və Müqəddəs Pyotr Kilsəsi ilə tanış olublar

Fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Vatikanda Sikstin Kapellas...

Prezident və xanımı Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 21-də Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə...

Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub

Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva Romadakı Kuir...

İtaliyanın ənənəvi portağal döyüşü festivalı bu il də keçirildi

Hər il olduğu kimi, çərşənbə axşamı günü, İtaliyadakı “İvrea” şəhərinin vətəndaşları, bir-birlərinə portağal atmaq üçün əsas meydanda toplaşıblar. ...