12.09.2019

Özbəkistan da artıq Türk Konseyində! – Prezident TARİXİ QƏRAR verdi

Özbəkistan türksoylu dövlətlərin birləşdiyi – Türk Konseyinə (Türk Şurası) qoşulmaq haqda qərar çıxardı.

Bu tarixi qərarı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu elan etdi: “Yaxşı bir xəbərim var. Özbəkistan da Türk Konseyinə qatılmaq qərarına gəldi. Türk Konseyinin katibliyinə rəsmi olaraq müraciət etdi.

Çavuşoğlu daha bir müjdə də verdi: , “İlk dəfə olaraq Türkmənistandan da müsbət siqnal aldıq. Türkmənistan rəhbərliyi Konseydə müşahidəçi üzv olaraq qatılmaq istədiyini bəyan edib. Bunun üçün Türk Konseyinin Baş katibi Bağdad Amreyev və müavini Türkmənistana gedəcək”.

Çavuşoğlu Macarıstanın keçən il İssik Göldə keçirilən sammitdə quruma müşahidəçi üzvü olduğunu və Türk Şurasının digər üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə 19 sentyabrda Macarıstanın paytaxtında Türk Şurasının Avropa qərargahını açacağını xatırlatdı.

Qeyd edək ki, Özbəkistanın mərhum prezidenti İslam Kərimovun dövründə Özbəkistan qardaş Türk ölkələri ilə yaxınlaşma, inteqrasiya prosesindən uzaq saxlanılıb. Onun ölümündən sonra hakimiyyətə gələn Prezident Şövkət Mirziyayev Özbəkistanın Türk Birliyinə qovuşması üçün siyasi iradə ortaya qoyub. Özbəkistanın Türk Konseyinə qoşulması haqda tarixi qərar da məhz cənab Mirziyayevin qərarıdır.

Mənbə turkustan.info


Digər xəbərlər


Ərdoğan: “Suriyada geri addım atmayacağıq”

“İdlibdə baş verən humanitar böhranın qarşısını almaq üçün fəaliyyətimizi aktiv formada davam etdirəcəyik. Əsas tələbimiz hücumların dayandırılmasıdı...

İlham Əliyev Ərdoğana zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Dö...

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib YENİLƏNƏCƏK

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnellinin...

İlham Əliyev Xocalı abidəsini ziyarət edib- Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Xocalı abidəsini ziyarət edib. Gulust...