11.09.2019

Polislərin maaşı artırılır — Qərar

Baş Nazir Novruz Məmmədov Daxili İşlər Nazirliyinin əməkdaşlarının maaşlarının artırılması ilə bağlı qərar imzalayıb.

EkoNews xəbər verir ki, «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”,  «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”, «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğləri” təsdiq edilib.

Qərarda Maliyyə Nazirliyinə Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması ilə əlaqədar cari ilin sonunadək tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2019-cu ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirmək tapşırılıb.

Daxili İşlər Nazirliyi Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, bu Qərarın əlavəsində nəzərdə tutulmayan vəzifələr üzrə aylıq vəzifə (tarif) maaşlarını müəyyən etsin. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aylıq pul təminatının artımı ilə əlaqədar olaraq bu Qərarın 1-ci hissəsində göstərilən xüsusi rütbəsi olan əməkdaşların əmək pensiyalarının qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən hesablanmasını və «Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli Qanunu ilə bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsini təmin etmək həvalə olunub. 

Mənbə ekonews.az


Digər xəbərlər


Prezident İlham Əliyev azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbayca...

Koronavirus sürətlə dünyaya yayılır

Çində artıq 40-dan çox insanın ölümünə səbəb olan koronavirus sürətlə dünyanın fərqli qitələrinə yayılır. Gülüstan.info xəbər verir ki, Avstraliy...

Bakıda sərnişin avtobusu qəzaya uğradı

Bakı Nəqliyyat Agentliyi Maştağada marşrut avtobusunun qəzaya uğraması barədə məlumat yayıb. Agentlikdən verilən məlumata görə, bu gün səhər saat ...

Səfirlik: Zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur

Azərbaycanın Türkiyədəki səfirliyində Elazığ vilayətində baş verən zəlzələ ilə bağlı yaradılan “qaynar xətt” fəaliyyətini davam etdirir. Səfirlikd...