10.09.2019

Prezident təqaüdü alacaq tələbələr bu universitetləri seçib — SİYAHI

Prezident İlham Əliyev 2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olan tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərən və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olan 102 tələbəyə təqaüd veriləcək.  

Təhsil üzrə ekspert Etibar Əliyev Prezidentin sərəncamı ilə təqaüd alacaq tələbələrin hansı universitetlərdə oxuyacağını açıqlayıb.

Etibar Əliyev sərəncamın universitetlərin reytinqinin müəyyənləşdiyini qeyd edib.

Siyahını təqdim edirik:

Tibb Universiteti — 25 nəfər;

Bakı Ali Neft Məktəbi — 23 nəfər;

UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) — 21 nəfər;

Bakı Dövlət Universiteti — 15 nəfər;

ADA Universiteti — 7 nəfər;

Prezident Yanında İdarəçilik Akademiyası — 7 nəfər;

Neft və Sənaye Universitetinin nəzdində UFAZ — 1 nəfər;

Xüsusi təyinatlı Ali Təhsil müəssisələri — 2 nəfər;

Naxçıvan Dövlət Universiteti — 1 nəfər.

Mənbə oxu.az


Digər xəbərlər


Türkiyə kubokunun 1/4 final mərhələsinə adlayan klubların adları bəlli oldu

Türkiyə kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Gülüstan.info xəbər verir ki, günün son oyununda Türkiyənin «Qalatasaray» klubu, ...

Dəniz Baykal donuz qripinə yaxalanıb

Türkiyənin Cumhuriyyət Xalq Partiyasının keçmiş başqanı Dəniz Baykal xəstəxanaya yerləşdirilib. Gülüstan.info xəbər verir ki, xəstəxanada həkimlər...

ABŞ-dan İran şirkətlərinə SANKSİYA

ABŞ İranda fəaliyyət göstərən 6 şirkətə sanksiya tətbiq edib. Gülüstan.info xəbər verir ki, bundan başqa İranın Beynəlxalq Neft Şirkətinə bağlı 4 ...

DSX-dən əməliyyat - 3 kq narkotik tutuldu

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mü...