27.09.2019

Rəsmi Tehranın Vaşinqtonla danışıqlar üçün ilk şərti nədir?

Ruhani: «Əgər biz ilkin şərtlərin ləğv olunduğu ana qədər yaşasaq, təbii ki ABŞ-la danışıqlar üçün imkan yaranacaq»

Əgər Birləşmiş Ştatlar prezidenti Donald Tramp sanksiyaları ləğv edib və Tehrana qarşı maksimum təzyiq siyasətini dayandıracağı təqdirdə İran ABŞ-la danışıqlar aparacaq. Sputnik Azərbaycan «İrna.ru«-ya xəbər verir ki, bunu Nyu-Yorkda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

«Amerikanın ilkin şərti bundan ibarətdir ki, əvvəlcə İran xalqına qarşı sanksiyalar reallaşdırılmalı və maksimum təzyiq göstərilməli, daha sonra ABŞ danışıqlara başlayacaq. Biz deyirik ki, bu yanlış şərtdir. Bu şərt danışıqlar masasından yığışdırılmalıdır. Əgər biz ilkin şərtlərin ləğv olunduğu ana qədər yaşasaq, təbii ki ABŞ-la danışıqlar üçün imkan yaranacaq», — deyə Ruhani vurğulayıb.

Mənbə sputnik.az


Digər xəbərlər


Bu məntəqələrdə nəticələr ləğv edildi - MSK-nın QƏRARI

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün 34 saylı Xətai üçüncü seçki dairəsi üzrə müraciətə baxılıb. Gülüstan.info xəbər verir ki, müraciətdə seçkil...

177 müraciətdən 97-nə baxılıb - Məzahir Pənahov

Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan 177 müraciətdən 97-nə baxılıb. Gülüstan.info xəbər verir ki, bunu MSK-nın bu gün keçirilən iclasında ...

MSK-nın iclası keçirildi - Bir neçə Seçki Dairəsinin işi baxılmamış saxlanıldı

Mərkəzi Seçki Komissiyasının (MSK) parlament seçkiləri ilə bağlı iclası baş tutub. İclası MSK-nın sədri Məzahir Pənahov açıq elan edib. Gülüsta...

Ermənistan mediası Əliyevin təbəssüm və arqumentlərlə dolu çıxışından yazdı

Ermənistan saytı bir neçə aparıcı ekspertin iştirakı ilə debatlarda Paşinyanın və İlham Əliyevin arqumentlərini incələyib. Xəbər verdiyimiz kimi,İ...