10.09.2019

Şəhid plakatlarının məsciddən sökülməsi ilə bağlı açıqlama

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən “Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan plakatların sökülməsi ilə bağlı iddialara münasibət bildirib.

M.Qurbanlı jurnalistlərə açıqlamasında şəhidlik zirvəsində hər bir şəhidin öz yerinin olduğunu qeyd edib.

Dövlət Komitəsinin sədri bildirib ki, şəhidləri bir-biri ilə müqayisə edib fərqləndirmək doğru deyil:

«Çünki şəhidlik bir ad altındadır və İslamda ayrılmırlar. Məscidlərdə Aşura günü zamanı Qarabağ şəhidləri və digər şəhidləri yad edirlərsə bu tamamilə doğrudur. Çünki bu dinlə ziddiyyət təşkil etmir».

«Qafqaz Müsəlmanları İdarəsinin bu ilki fətvasında xüsusilə qeyd olunur ki, İmam Hüseyn əzadarlığı zamanı Kərbəla hadisələrini izah edərkən xütbələrində Qarabağ şəhidləri də yad edilsin. Bu həm dinimiz, həm də QMİ-nin fitvasında var. Kimsə bunu anlamırsa, şəhidlərimizin şəkillərinin orada vurulmasını qəbul etmirsə ona sual vermək lazımdır ki, sən öz şəhidinə bu cür yanaşırsansa, onda İmam Hüseyn şəhadətinə yanaşman da doğru olmaz. Ona görə də bu cür yanaşma yalnışdır», — deyə o əlavə edib.

Mənbə axar.az


Digər xəbərlər


Elçin Şıxlı İTV-də fəaliyyət göstərəcək

Azərbaycan Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Elçin Şıxlı İTV-də fəaliyyətə başlayıb. O, “Pressinq” verilişinin aparıcısı vəzifəsin...

Güclü küləklə bağlı sürücü və sərnişinlərə XƏBƏRDARLIQ

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar sərnişinlərə xəbərdarlıq edib. Agentlikdən verilən məlumat...

Ağcabədidə bir yaşlı uşaq cəhalət və savadsızlığın necə qurbanı oldu?

Verilən məlumata görə, Kəhrizli kənd xəstəxanasında analiz, rentgen üçün heç bir şərait olmadığından, azyaşlı Quzanlıya göndərilib Ağcabədi rayonu...

“Baku Bus” avtobusu qəzaya uğradı - Video

Bakının Nəsimi rayonunda “Baku Bus” avtobusu qəzaya uğrayıb. Hadisə Nizami küçəsilə Kövkəb Səfərəliyeva küçəsinin kəsişməsində qeydə alınıb. Be...